Nur təFSİRİ



Yüklə 1,72 Mb.
səhifə197/348
tarix06.01.2022
ölçüsü1,72 Mb.
#112037
1   ...   193   194   195   196   197   198   199   200   ...   348
Ayə 6, 7, 8, 9, 10, 11:

﴿أَلَمْ نَجْعَلِ الْأَرْضَ مِهَادًا﴾﴿وَالْجِبَالَ أَوْتَادًا﴾﴿وَخَلَقْنَاكُمْ أَزْوَاجًا﴾﴿وَجَعَلْنَا نَوْمَكُمْ سُبَاتًا﴾﴿وَجَعَلْنَا اللَّيْلَ لِبَاسًا﴾﴿وَجَعَلْنَا النَّهَارَ مَعَاشًا﴾

Yeri yatacaq qərar vermədikmi? Dağları mıxlar (kimi etmədikmi)? Sizi cüt yaratdıq; yuxunu sizin üçün aramlıq səbəbi etdik; gecəni örtük qərar verdik; gündüzü təlaş və dolanışıq üçün müəyyənləşdirdik.”


Nöqtələr
◘”Əvtad” dedikdə “mıxlar” mənası nəzərdə tutulur. Ayədə dağlar mıxa bənzədilir. Bu Qurnın elmi möcüzələrindəndir. Dağların kökü yerin dərinliyinə gedir. Dağlar yer laylarının hərəkətinin və zəlzələlərin qarşısını alır. Dağın eynən mıx kimi böyük hissəsi yerin altındadır. Dağlar yay üçün qar saxlayır, sərt küləklərin qarşısını alır, yol göstərir, onlardan qiymətli daşlar çıxarılır. Dağlar həm də zəruri həyat ehtiyaclarından olan dərələrin yaranmasına səbəb olur.

◘”Subat” dedikdə istirahət üçün işi saxlamaq, tətil mənası nəzərdə tutulur.


Bildirişlər
1. Ovuc da miqdar ölçüsüdür. Varlıq aləminin mütaliəsi Allahı və məadı tanımaq üçün ən üqstün yoldur.

2. İnsan öz düşüncə və vicdanında allahpərəstdir. Vicdandan ilahi qüdrət haqqında soruşmaq olar.

3. Allahın yer və göy aləmindəki, təbiət hadisələrindəki qüdrəti qiyamətin bərpası üçün dəlil ola bilər.

4. Batil düşüncələri rədd etdikdən sonra haqq əqidələri sübuta yetirin.

5. İnadkarlıq ruhiyyəsi olmasa, insan yerdən, zamandan, yuxudan, qidalardan ibrət götürə bilər.

6. Allahın varlıq aləmindəki qüdrət və hikmətindən aydın olur ki, iş ölümlə başa çatası deyil.



Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   193   194   195   196   197   198   199   200   ...   348




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin