بِسْمِ ٱللهِ الرَّحْمنِ ٱلرَّحِيمِ
"Rəhman və Rəhim Allahın adı ilə"
Ayə 1, 2, 3, 4, 5:
﴿وَالنَّازِعَاتِ غَرْقًا﴾﴿وَالنَّاشِطَاتِ نَشْطًا﴾﴿وَالسَّابِحَاتِ سَبْحًا﴾﴿فَالسَّابِقَاتِ سَبْقًا﴾﴿فَالْمُدَبِّرَاتِ أَمْرًا﴾
“And olsun çətinliklə can çıxaran mələklərə; and olsun asanlıqla can alan mələklərə; and olsun (Allahın əmrini yerinə yetirmək, möminlərin canını asanlıqla, kafirlərin canını çətinlikə almaq üçün) sürətlə üzən, bir-birini ötüb keçən mələklərə; and olsun işləri idarə edən mələklərə.”
Nöqtələr
◘”Nəz” dedikdə ayırmaq, qoparmaq, çəkib çıxarmaq mənaları nəzərdə tutulur. “Ğərq” və “əğraq” sözləri şiddət, çətinlik, zor mənalarını bildirir. “Nəşt” dedikdə düyün açmaq mənası başa düşülür. “Nişat”, yəni ruhi dolaşıqlıqların açılması. Mələklər namazını süstlük və ikrahla qılan bəzi insanlardan fərqli olaraq öz işlərini həvəslə yerinə yetirirlər. “Naşit” dedikdə işi rəğbətlə görən kəs nəzərdə tutulur. Vedrə ilə quyudan su çəkən insana da “naşit” deyirlər. Nəzərdə tutulur ki, mələklər möminlərin canını ağrı-acısız, asanlıqla alar. 1(Qeyd)
◘”Naziat” və “naşitat” sözləri əslində mələklərin vəsfi üçün işlədilmişdir. Çünki həmin iki söz “taifə” sözü kimi qadın cinsinə aiddir.
◘”Sabihat” sözü suda və havada iti hərəkət mənasını bildirir. İşarə olunur ki, mələklər ilahi əmrləri dərhal və sürətlə yerinə yetirərlər.
◘Həzrət Əli (ə) buyurur ki, mələklər möminlərin canını yüngül şəkildə, dostcasına çıxarar.1 (Qeyd)
◘Allahın mələklərə andı onların varlıq aləmindəki əhəmiyyət və yerini gösətirir. Onların gördüyü işlər də əhəmiyyətlidir.
◘Ayələrdə qeyd olunmuş beş sifət beş qrup mələyə aid ola bilər. Bu da mümkündür ki, bir qrup mələkdə bu sifətlər olsun. Bu mələklər Allahdan əmr gələn kimi həvəslə yerindən qalxır, sürətlə hərəkətə başlayır. Onlar Allah əmrinin icrası üçün bir-birlərini ötüb keçirlər.2 (Qeyd)
Bildirişlər
1. Dünya malına daha çox bağlanan insan həmin məhəbbəti qəlbindən daha çətinliklə çıxarar.
2. Ölüm anı mükafat və ya cəza üçün başlanğıcdır.
3. Mələklərin hər qrupunun öz işi var.
4. Tapşırığı həvəslə yerinə yetirmək də bir dəyərdir.
5. Bütün varlıq aləmi mələklər üçün iş meydanıdır.
6. Mələklər ilahi əmri yerinə yetirərkən bir-birlərini ötüb keçirlər.
7. Mələklər öz işini ən gözəl şəkildə yerinə yetirir.
8. Varlıq aləminə müdiriyyət Allaha məxsussa da3(Qeyd), Allah bu işdə mələklərə də icazə vermişdir.
9. Mələklər idarəçilikdə məharət sahibidirlər.
10. Müdiriyyətdə istək, sürət, cəldliyə ehtiyac var.
11. Varlıq aləmindəki hadisələr təsadüfi deyil, idarə olunur.
12. Müdiriyyət o qədər dəyərlidir ki, ona and içmək olar.
Dostları ilə paylaş: |