Ayə 6, 7, 8, 9, 10, 11, 12, 13, 14:
﴿يَوْمَ تَرْجُفُ الرَّاجِفَةُ﴾﴿تَتْبَعُهَا الرَّادِفَةُ﴾﴿قُلُوبٌ يَوْمَئِذٍ وَاجِفَةٌ﴾﴿أَبْصَارُهَا خَاشِعَةٌ﴾﴿يَقُولُونَ أَئِنَّا لَمَرْدُودُونَ فِي الْحَافِرَةِ﴾﴿أَئِذَا كُنَّا عِظَامًا نَّخِرَةً﴾﴿قَالُوا تِلْكَ إِذًا كَرَّةٌ خَاسِرَةٌ﴾﴿فَإِنَّمَا هِيَ زَجْرَةٌ وَاحِدَةٌ﴾﴿فَإِذَا هُم بِالسَّاهِرَةِ﴾
“Bir gün ki dəhşətli zəlzələ hər şeyi silkələyər; onun ardınca başqa bir titrəyiş olar; həmin gün qəlblər qorxmuş və titrək haldadır; gözlər (qorxudan) yerə dikilmişdir; (dünyada) deyirlər: “(Öləndən sonra) Əvvəlki həyata qaytarılarıq? Bir halda ki, sümüklər çürüyüb?” (Öz-özlərinə) Deyərlər: “Beləsə, bu qayıdış ziyanadır.” Bu qayıdış yalnız böyük bir səslə baş verər; dərhal hamı məhşər səhrasında hazır olar.”
Nöqtələr
◘”Racifə” dedikdə iztirab, möhkəm titrəyiş nəzərdə tutulur. Fitnə yaradan, ağrı gətirən sözlər “əracif” adlanır.
◘”Racifə” sözü “rədif” sözündəndir. Bu söz düzülüş mənasını bildirir. Ardıcıl titrəyişlər “radifə” adlanır. Olsun ki, yerin 1-ci titrəyişinin səbəbi ilk surdur. Bu surdan sonra hamı ölər. “Radifə” isə hamını dirildəcək 2-ci sura işarə ola bilər. “Zumər” surəsinin 68-ci ayəsində hər iki nöqtəyə işarə olunmuşdur.
◘İti hərəkət və ya şiddətli iztirab “vacifə” adlandırılır. “Xaşiə” dedikdə başını aşağı salmış insan nəzərdə tutulur.
◘İstənilən bir şeyin başlanğıcı “hafirə” adlandırılır. İlkin həyata qayıdış kafirləri təəccübləndirirdi. Amma “hafirə” sözü yerdə qazılan qəbir mənasını da ifadə edə bilər. Bu halda ayə belə mənalandırılar: öləndən sonra qəbirlərimizdən qalxıb diriləcəyik?1 (Qeyd)
◘”Nəxirə” dedikdə toxunmaqla ovulub tökülən çürümüş sümük mənası nəzərdə tutulur.
◘Dünyada Allah qorxusundan əsən qəlblər axirətdə amandadır.2 (Qeyd)Dünyada rahatlıq içində olan qəlblər axirətdə iztirabdadır.3 (Qeyd)
◘”Zəcr” dedikdə səs küylə, fəryadla qovmaq mənası nəzərdə tutulur. “Zəcrə” dedikdə ikinci sur nəzərdə tutula bilər. Bu sur ölülərin dirilməsi üçün bir müqəddimədir. “Sahirə” dedikdə qiyamətin hamar yeri nəzərdə tutulur. Orada gözlərə yuxu getməz.
Bildirişlər
1. Təbiətin məhvi qiyamətin müqəddimələrindəndir.
2. Qiyamət zəlzələləri ardıcıl şəkildə baş verər.
3. Qiyamətdə iztirab keçirməyən qəlblər də var.
4. Ruhla cisim arasında dərin bir rabitə var.
5. Bəziləri qiyamətlə bağlı sualları təkrarlamaqla şübhə yaradırlar.
Dostları ilə paylaş: |