Nur təFSİRİ


Ayə 20, 21, 22, 23, 24, 25, 26



Yüklə 1,72 Mb.
səhifə209/348
tarix06.01.2022
ölçüsü1,72 Mb.
#112037
1   ...   205   206   207   208   209   210   211   212   ...   348
Ayə 20, 21, 22, 23, 24, 25, 26:

﴿فَأَرَاهُ الْآيَةَ الْكُبْرَى﴾﴿فَكَذَّبَ وَعَصَى﴾﴿ثُمَّ أَدْبَرَ يَسْعَى﴾﴿فَحَشَرَ فَنَادَى﴾﴿فَقَالَ أَنَا رَبُّكُمُ الْأَعْلَى﴾﴿فَأَخَذَهُ اللَّهُ نَكَالَ الْآخِرَةِ وَالْأُولَى﴾﴿إِنَّ فِي ذَلِكَ لَعِبْرَةً لِّمَن يَخْشَى﴾

Ona böyük bir möcüzə göstərdi; amma o təkzib etdi, boyun əymədi; sonra arxa çevirdi; bir halda ki, (bu dəvətin qarşısını almağa) çalışırdı; sonra (sehrbazları) bir yerə yığdı və nida etdi; dedi: “Mən sizin üstün Rəbbinizəm.” Allah onu dünya və axirət cəzasına düçar etdi; həqiqətən, bu əhvalatda (pis aqibətdən) qorxanlar üçün ibrət dərsi var.”


Nöqtələr
◘Fironun “mən sizin rəbbinizəm” sözlərinə həzrət Musa belə cavab verir: “Səni Rəbbinə doğru yönəldim.”

◘”Nəkal” elə bir cəzadır ki, onu görən uzaq qalmaq istəyir. Axirət cəzası barədə eşidən şəxs insanı bu cəzaya düçar edən günahlardan çəkinməyə çalışır. Bu səbəbdən də axirət əzabı “nəkal” adlandırılmışdır.1 (Qeyd)


Bildirişlər
1. Firon kimiləri üçün ən böyük möcüzələr göstərilməlidir.

2. Zalım hakimlər öz hakimiyyətlərini qorumaq üçün azğın insanlardan faydalanırlar.

3. Peyğəmbərlik iddiası və ətrafdakıların təslimçiliyi üçün möcüzəyə ehtiyac var.

4. Təkəbbürlü insanlara ən böyük möcüzələr də təsir etmir.

5. Peyğəmbərlərin möcüzələri bir-birindən fərqlənir.

6. Peyğəmbərlərin təkzibində məqsəd insanın günaha marağı, qeyd-şərtlərdən azad olmaq istəməsidir.

7. Bir başa söhbət gücü olmayan, dəlillər göstərməkdə aciz olan şəxslər pərdə arxasında çalışır.

8. Görüntü yaratmaq, boş şuarlar və hay küyçülük Fironçuların alətidir.

9. İnsanlarda allahpərəstlik fitrəti var. Zalım hakimlər bu fitrəti özlərinə doğru yönəltməyə çalışır.

10. Təkəbbürlü hakimlər bir gün diz çökəsidir.

11. Tarix əyləncə yox, ibrət vasitəsidir.

12. Tarixin ibrətamiz dönəmlərini nəql edin.

13. İbrət götürüləsi hadisə çoxdur. İbrət üçün ruhi hazırlığa ehtiyac var.


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   205   206   207   208   209   210   211   212   ...   348




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin