Nur təFSİRİ


Ayə 6, 7, 8, 9, 10, 11, 12, 13, 14



Yüklə 1,72 Mb.
səhifə221/348
tarix06.01.2022
ölçüsü1,72 Mb.
#112037
1   ...   217   218   219   220   221   222   223   224   ...   348
Ayə 6, 7, 8, 9, 10, 11, 12, 13, 14:

﴿وَإِذَا الْبِحَارُ سُجِّرَتْ﴾﴿وَإِذَا النُّفُوسُ زُوِّجَتْ﴾﴿وَإِذَا الْمَوْؤُودَةُ سُئِلَتْ﴾﴿بِأَيِّ ذَنبٍ قُتِلَتْ﴾﴿وَإِذَا الصُّحُفُ نُشِرَتْ﴾﴿وَإِذَا السَّمَاءُ كُشِطَتْ﴾﴿وَإِذَا الْجَحِيمُ سُعِّرَتْ﴾﴿وَإِذَا الْجَنَّةُ أُزْلِفَتْ﴾﴿عَلِمَتْ نَفْسٌ مَّا أَحْضَرَتْ﴾

O zaman ki, dənizlər cuşa gələr; o zaman ki, ruhlar yaxınlaşıb qovuşar; o zaman ki, diri-diri torpağa bastırılmış qızdan “hansı günahına görə öldürüldün” deyə soruşular; o zaman ki, əməl namələri açılar; o zaman ki, səma yerindən qopar; o zaman ki, cəhənnəm şölələnər; o zaman ki behişt (öz əhlinə) yaxınlaşdırılar; hamı nə hazırladığını bilsin.”


Nöqtələr
◘”Succirət” sözü bir neçə şəkildə mənalandırıla bilər: cuşa gəlmək, bir-birinə qatılmaq, dolub-daşmaq. Bütün bu hallar dəniz üçün təbiidir. Bir tərəfdən dağlar yerindən qopar və dənizlər bir-birinə qatılar, digər tərəfdən yer titrəyər, köksündəkiləri bayıra çıxarar, sular qaynayıb buxara dönər.

◘Qiyamətdə behişt huriləri behişt əhli ilə izdivac edər. Başqa ayələrdə cəhənnəm əhlinin şeytansifət yaxınları ilə izdivac edəcəyi bildirilir.2 (Qeyd) İmam Baqir (ə) 7-ci ayə ilə bağlı buyurur: “İman əhli behişt zövcələri, cəhənnəm əhli şeytanlara yaxınlaşar.”3 (Qeyd)

◘Diri-diri torpağa badırılmış qız “məvudə” adlanır. Cahiliyyət dövrünün ən vəhşi adətlərindən biri yoxsulluq və həqarət hissi səbəbindən qızların diri-diri basdırılması idi.

◘Valideyn övlad üzərində tam hakimiyyətə malik deyil. Onlar övladdan yaşamaq haqqı kimi təbii bir haqqı ala bilməzlər. Ata deyə bilməz ki, övlad mənimdir, istədiyimi edərəm. Eləcə də, ana bətnindəki övladın həyatına qəsd edə bilməz.


Bildirişlər
1. Məzlum əqidəsindən asılı olmayaraq müdafiə olunur. Torpağa basdırılan qızlar müsəlman olmasalar da Quran onların haqlarını müdafiə edir.

2. Cinsindən, yaşından, sayından, əqidəsindən asılı olmayaraq məzlumlar müdafiə olunmalıdır.

3. Suallar ünvanlamaqla yatmış vicdanları oyadın.

4. Atanın övlad üzərindəki haqqı ona öz övladını öldürmək icazəsi vermir.

5. Ümid və qorxu yanaşı olduqda faydalıdır.

6. Qiyamətdə behişt və cəhənnəm öz əhlinə yaxınlaşar.

7. İnsanın əməlləri dünya həyatında qeydə alınır, qiyamətdə açıqlanır.


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   217   218   219   220   221   222   223   224   ...   348




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin