Nur təFSİRİ


Ayə 15, 16, 17, 18, 19, 20, 21



Yüklə 1,72 Mb.
səhifə222/348
tarix06.01.2022
ölçüsü1,72 Mb.
#112037
1   ...   218   219   220   221   222   223   224   225   ...   348
Ayə 15, 16, 17, 18, 19, 20, 21:

﴿فَلَا أُقْسِمُ بِالْخُنَّسِ﴾﴿الْجَوَارِ الْكُنَّسِ﴾﴿وَاللَّيْلِ إِذَا عَسْعَسَ﴾﴿وَالصُّبْحِ إِذَا تَنَفَّسَ﴾﴿إِنَّهُ لَقَوْلُ رَسُولٍ كَرِيمٍ﴾﴿ذِي قُوَّةٍ عِندَ ذِي الْعَرْشِ مَكِينٍ﴾﴿مُطَاعٍ ثَمَّ أَمِينٍ﴾

And olsun geri qayıdan ulduzlara; onlar hərəkətdədir, gizlənirlər; gecəyə ötüb getdiyi vaxt and olsun; sübhə ağardığı vaxt and olsun; həqiqətən, Quran əziz elçinin gətirdiyi kəlamdır; o, ərş sahibi Allahın yanında qüdrət və uca məqam sahibidir; (elə bir mələk ki) ona tabe olar, onu etibarlı sayarlar.”


Nöqtələr
◘”Xunnəs” sözü “xanis” sözünün cəm formasıdır. Bu söz geri dönən mənasını bildirir. “Cəvar” sözü “cariyə” sözünün cəmidir. “Cariyə” sözü cərəyanda olan mənasını bildirir. “Kunnəs” sözü “kanəs” sözünün cəmidir və gizlənmək, xəlvətə çəkilmək mənasını bildirir. Təfsirçilər gecənin yetişməsi, sübhün açılmasından danışan ayələrə əsasən növbəti ayəni ulduzlara aid saymışlar. Bu ulduzlar gecələr görünür, günəş doğduğu vaxt gizlənir. Onlar gözə görünmədikləri halda hərəkətdədirlər. Bu səbəbdən də növbəti gecə yenidən öz yerlərində görünürlər.

◘”Əsəs” deikdə kövrək qaranlıq mənası anlaşılır. Həzrət Əli (ə) buyurur ki, bu hal gecənin sonunda müşahidə olunur.1 (Qeyd) Bu əsasla hazırkı ayə “Muddəssir” surəsinin 33-cü ayəsinə oxşar sayıla bilər.

◘”Tənəffəs” sözü sübh vaxtı nəfəs çəkmək mənasını bildirir. Sanki insan gecə həbsindən azad olub azad havada nəfəs dərir.

◘Allahın sübhə, ulduzların xəlvətə çəkilməsinə, səma cisimlərinin hərəkətinə andı İslamın təbiət və onunla bağlı düşüncələrə əhəmiyyət verdiyini göstərir.


Bildirişlər
1. Qiyamət günü şəhadət və əməllərin təcəssüm günüdür.

2. Qiyamət günü insan öz əməllərinin xırdalıqlarından xəbər tutur.

3. Vəhy mələyi böyük, etibarlı, güclü, əmrinə itaət olunan mələkdir.

4. Kəramət, böyüklük, güc, imkan, əmanətdarlıq ilahi vəhyin çatdırılması üçün zəruri sayılan şərtlərdəndir.

5. Cəbrailin ixtiyarında itaət edən məmurlar var.


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   218   219   220   221   222   223   224   225   ...   348




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin