Nur təFSİRİ



Yüklə 1,72 Mb.
səhifə223/348
tarix06.01.2022
ölçüsü1,72 Mb.
#112037
1   ...   219   220   221   222   223   224   225   226   ...   348
Ayə 22, 23, 24, 25:

﴿وَمَا صَاحِبُكُم بِمَجْنُونٍ﴾﴿وَلَقَدْ رَآهُ بِالْأُفُقِ الْمُبِينِ﴾﴿وَمَا هُوَ عَلَى الْغَيْبِ بِضَنِينٍ﴾﴿وَمَا هُوَ بِقَوْلِ شَيْطَانٍ رَجِيمٍ﴾

Həqiqətən, sizin müsahibiniz (Peyğəmbər (s)) divanə deyil; doğrudan da, o (vəhy mələyini) aydın üfüqdə gördü; o qeyblə bağlı paxıl deyil (qeybdən öyrəndiyini gizlətmir); Quran qovulmuş şeytanın təlqinləri deyil.”


Nöqtələr
◘”Zənin” sözü “zənn” sözündən olub paxıllıq mənasını bildirir. Bu söz Quranda cəmi bir dəfə işlədilmişdir.

◘Peyğəmbərlərin müxalifləri onu divanə adlandırırdılar. Onlar Peyğəbərin (s) cinlərlə əlaqədə olduğunu düşünürdülər. İddia edirdilər ki, Quran cinlərin Peyğəmbərə (s) təlqinləridir. Bu səbəbdən də hazırkı ayələrdə uyğun itdihamlara cavab verilir. Peyğəmbərin (s) vəhy mələyini aydın gördüyü, Quranı ondan təhvil aldığı təsdiqlənir.

Qeyd olunur ki, Peyğəmbərin (s) bəyanatları şeytanın təlqinləri deyil.
Bildirişlər
1. Bəzən böhtanlara cavab vermək zəruridir.

2. Peyğəmbər (s) xalq arasında, onlarla yanaşı yaşayırdı.

3. Peyğəmbər (s) Cəbraili görmüşdü.1 (Qeyd)

4. Yersiz təhqir olunmuş insanları yüksəltmək lazımdır.

5. Elmin şükrü onu başqalarına çatdırmaqdır. Elmdə paxıllıq bəyənilmir.

6. İslam peyğəmbəri (s) qeyb elmini zəruri həddə bilirdi.

7. Allahın Rəsulu (s) nə divanə idi, nə də şeytanların təsiri altına düşmüşdü.

8. Quran heç bir təhrifsiz nazil olmuşdur. Cəbrailin Quranın mətnlərinə heç bir müdaxiləsi olmayıb. O Quranı qəbul edəndə də olduğu kimi qəbul edib.

9. Quran şeytanların yox, vəhy mələyinin gətirdiyi kəlamlardır.

10. Peyğəmbərin (s) əqli baxımdan sağlamlığının ən mühüm dəlili onun xalq arasında yaşaması, onlarla ünsiyyətidir. Kimsə ondan şübhə yaradacaq hərəkət görməmişdi.

11. Peyğəmbərin (s) Cəbraillə görüşü şəkk-şübhədən uzaq, aydın bir şəraitdə baş vermişdir.


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   219   220   221   222   223   224   225   226   ...   348




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin