Nur təFSİRİ



Yüklə 1,72 Mb.
səhifə224/348
tarix06.01.2022
ölçüsü1,72 Mb.
#112037
1   ...   220   221   222   223   224   225   226   227   ...   348
Ayə 26, 27, 28, 29:

﴿فَأَيْنَ تَذْهَبُونَ﴾﴿إِنْ هُوَ إِلَّا ذِكْرٌ لِّلْعَالَمِينَ﴾﴿لِمَن شَاء مِنكُمْ أَن يَسْتَقِيمَ﴾﴿وَمَا تَشَآءُونَ إِلَّا أَن يَشَآءَ ٱللَّهُ رَبُّ ٱلْعَالَمِينَ﴾

Bəs haraya gedirsiniz? O (Quran) aləmlər üçün öyüd-nəsihətdən başqa bir şey deyil; sizlərdən hər kəs istəsə doğru-düzgün yolu tutsun; aləmlərin Rəbbi olan Allah istəməsə, siz istəyə bilməzsiniz.”


Bildirişlər
1. Məqsədsiz, məktəbsiz insan yoxdur. Hətta kafirlər və müşriklərin də öz yolu var. Əsas məsələ düzgün yol seçməkdir.

2. Öyüd-nəsihət üçün Quran ən üstün vasitədir.

3. Quran bütün aləmlər üçün nəzərdə tutulub. Onun üçün zaman, məkan, milliyyət məhdudiyyəti yoxdur.

4. Təbliğdə öyüd-nəsihət zəruridir. Amma bu işdə məcburiyyətə yer yoxdur.

5. Doğru yola yönəlmə və bu yolda sabitqədəmlik insanın öz istək və iradəsindən asılıdır.

6. Quranın yolu doğru-düzgün yoldur. Bu yol istənilən bir ifrat və təfritdən uzaqdır.

7. İstəklərimiz Allahın istəkləri çərçivəsindədir. Əgər Allah məcbur etsəydi, istəkdən danışmağa dəyməzdi.

8. İnsan həm iradə sahibidir. Həm də özbaşına deyil.

9. Allahın istəkləri onun rübubiyyətinə əsaslanır.

10. Allah aləmlərin Rəbbi, tərbiyəçisidir. O bütün işlərə hakimdir. Demək, insanın istəklərinin həyata keçməsi Allahın istəklərindən asılıdır.


İNFİTAR” SURƏSİ

Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   220   221   222   223   224   225   226   227   ...   348




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin