Nur təFSİRİ



Yüklə 1,72 Mb.
səhifə23/348
tarix06.01.2022
ölçüsü1,72 Mb.
#112037
1   ...   19   20   21   22   23   24   25   26   ...   348
بِسْمِ ٱللهِ الرَّحْمنِ ٱلرَّحِيمِ

"Rəhman və Rəhim Allahın adı ilə"
Ayə 1:

﴿إِذَا جَاءَكَ ٱلْمُنَافِقُونَ قَالُواْ نَشْهَدُ إِنَّكَ لَرَسُولُ ٱللَّهِ وَٱللَّهُ يَعْلَمُ إِنَّكَ لَرَسُولُهُ وَٱللَّهُ يَشْهَدُ إِنَّ ٱلْمُنَافِقِينَ لَكَاذِبُونَ﴾

Münafiqlər sənin yanına gəldikləri vaxt deyərlər: “Şəhadət veririk ki, sən Allahın peyğəmbərisən.” Allah bilir ki, sən Onun peyğəmbərisən və Allah şəhadət verir ki, münafiqlər yalançıdır.”


Nöqtələr
◘“Nifaq” sözü gizlənmək və ya qaçmaq üçün nəzərdə tutulmuş yeraltı tunel mənasını bildirən “nəfəq” sözündəndir. Səhər siçovulu, kərtənkələ kimi canlılar da yuvalarından ikinci deşik qoyurlar. Münafiq də təhlükə zamanı aradan çıxmaq üçün ehtiyat yolu saxlayır.

◘İnsanlar dörd qrupa bölünür:

a) Qəlbən iman gətirib vəzifəsinə əməl edənlər həqiqi möminlər qrupundandır;

b) Qəlbən iman gətirib əməli göstərişləri yerinə yetirməyənlər günahkarlar qrupundandır.

v) Qəlbən iman gətirmədiyi halda zahirdə özünü iman gətirmiş kimi göstərənlər münafiqlərdir.

q) Başqa bir qrup nə iman gətirmişdir, nə də vəzifəsinə əməl edir. Bunlar kafirlərdir.1 (Qeyd)

◘Həzrət Əli (ə) buyurur ki, nifaq insanın daxilən yaşadığı həqarət hissindən qaynaqlanır.2 (Qeyd)


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   348




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin