Nur təFSİRİ



Yüklə 1,72 Mb.
səhifə230/348
tarix06.01.2022
ölçüsü1,72 Mb.
#112037
1   ...   226   227   228   229   230   231   232   233   ...   348
بِسْمِ ٱللهِ الرَّحْمنِ ٱلرَّحِيمِ

"Rəhman və Rəhim Allahın adı ilə"
Ayə 1, 2, 3, 4, 5, 6:

﴿وَيْلٌ لِّلْمُطَفِّفِينَ﴾﴿الَّذِينَ إِذَا اكْتَالُواْ عَلَى النَّاسِ يَسْتَوْفُونَ﴾﴿وَإِذَا كَالُوهُمْ أَو وَّزَنُوهُمْ يُخْسِرُونَ﴾﴿أَلَا يَظُنُّ أُولَئِكَ أَنَّهُم مَّبْعُوثُونَ﴾﴿لِيَوْمٍ عَظِيمٍ﴾﴿يَوْمَ يَقُومُ النَّاسُ لِرَبِّ الْعَالَمِينَ﴾

Vay olsun əskik satanlara; o kəslərə ki, xalqdan alarkən ölçdükdə tam alar, xalqa (satarkən) ölçdükdə əskik qoyarlar; onlar bir gün qaldırılacaqlarını düşünmürlərmi? Böyük bir gün üçün! Elə bir gün ki insanlar aləmlər Rəbbinin hüzurunda dayanacaqlar!”


Nöqtələr
◘”Vəyl” sözü həlak olmaq, əzaba qatılaşmaq mənasını bildirir. Rəvayətlərə əsasən cəhənnəm dərələrindən və ya cəhənnəm qapılarından biri “vəyl” adlanır.

◘”Təfif” və “qəlil” sözləri eyni bir (“az”) mənanı ifadə edir. “Tətfif” dedikdə əskiltmək mənası anlaşılır. Bu söz kənar mənasını bildirən “təff” sözündəndir. Satdığı maldan kəsən satıcı “mutəffif” adlanır. İbn Məsud nəql edir ki, namazından kəsən insan da bu ayənin hədəfindədir.1 (Qeyd)

◘Əskik satmaq maddəsi bütün siniflərə tətbiq edilə bilər. Müəllim, fəhlə, yazıçı, satıcı, mühəndis, həkim və digər peşə sahibləri bu günahdan amanda deyil. Onların istənilən birinin öz vəzifəsinə səhlənkar yanaşması əskik satmaq sayılır.

◘Əskik satan şəxs özünü böyük sayır, insanları sevmir, ruzinin Allahın əlində olduğuna inanmır, cəmiyyətə maddi baxımdan sitəm qılır.

◘Əskik satmaq kəbirə günahlardandır. Çünki bu günah müqabilində əzab vəd edilmişdir. Əskik ölçü imkanları əskik çəkmək imkanlarından daha böyükdür. Ayələrdən birində ölçü, ikincisində isə əvvəlcə ölçü, sonra çəki məsələsinə toxunulur.

◘Rəvayətdə oxuyuruq ki, insanlar əskik satmaq günahına düçar olduqda yer öz məhsulunu geri götürər, insanlar qıtlıqla üzləşər.2 (Qeyd)

◘İnzibatilik və maddi məsuliyyət peyğəmbərlərin islahatlarında ilkin müddəalardandır. Həzrət Şüeyb öz qövmünə buyurur ki, ölçünü tam verin, əskik satanlardan olmayın, tərəzini düz çəkin insanların malını kəsməyin, yer üzündə fəsadla dolanmayın.3 (Qeyd)
Bildirişlər
1. Təhlükəni xəbərdarlıqlarla elan edin.

2. Əskik satmaq yolu ilə əldə olunan haram mal insanı süquta uğradır.

3. Alışla satış arasında fərq qoymaq əskik satmaqdır. İnsan özünə qıymadığını başqasına qıymamalıdır.

4. Hətta qeyri-müsəlmanlara əskik satmaq olmaz.

5. Günahdan da pisi günahla ünsiyyətdə olmaqdır. Belə ki, əskik satmaq insanın peşəsinə çevrilir.

6. İqtisadi fəsadların qarşısını almaq üçün qəlblərdə məad düşüncəsini oyatmaq lazımdır.

7. Hətta ehtimal səviyyəsində məad etiqadı insanı günahdan çəkindirir.

8. Qiyamət hadisələri əzəmətli və dəhşətlidir.

9. İnsan əskik satdığına və xalqın haqqını qəsb etdiyinə görə cavab verəcək.

10. Günahkarların cəzalandırılması Allahın rübubiyyət şənindəndir.




Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   226   227   228   229   230   231   232   233   ...   348




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin