بِسْمِ ٱللهِ الرَّحْمنِ ٱلرَّحِيمِ
"Rəhman və Rəhim Allahın adı ilə"
Ayə 1, 2, 3, 4, 5:
﴿إِذَا السَّمَاء انشَقَّتْ﴾﴿وَأَذِنَتْ لِرَبِّهَا وَحُقَّتْ﴾﴿وَإِذَا الْأَرْضُ مُدَّتْ﴾﴿وَأَلْقَتْ مَا فِيهَا وَتَخَلَّتْ﴾﴿وَأَذِنَتْ لِرَبِّهَا وَحُقَّتْ﴾
“O zaman ki, səma yarılar; Rəbbinin əmrinə tabe olar ki, belə daha yaxşıdır; o zaman ki yer hamarlanar; köksündə olanları çölə atıb boşalar; Rəbbinin əmrinə tabe olar ki, belə daha yaxşıdır.”
Nöqtələr
◘”İnşiqaq” dedikdə yarılma mənası anlaşılır. Həzrət Əli (ə) buyurur: “Səma kəhkəşan yolu parçalanar.”2 (Qeyd)
◘”Əzinət” sözü “uzun” sözündəndir. Bu söz eşidiləcək söz mənasını bildirir.” “Huqqət” dedikdə layiq, münasib, haqqı olan mənaları nəzərdə tutulur.
◘Qiyamətdə yerin köksündə olanlar, ölülər, xəzinələr bayıra çıxarılar. “Zilzal” surəsində də bu məsələyə toxunulur.
Bildirişlər
1. Qiyamət astanasında möhkəm səmalar yarılar.
2. Varlıq aləmi Allahın əmrinə təslim olar.
3. Təbiətin də bir növ şüuru var və o Allaha tabe olur.
4. Allaha təslimçilik yeganə layiq təslimçilikdir.
5. Qiyamət astanasında yer elə dağılar ki, onun üzərində olanlar tamamilə hamarlanar.
Dostları ilə paylaş: |