Nur təFSİRİ


Ayə 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15



Yüklə 1,72 Mb.
səhifə238/348
tarix06.01.2022
ölçüsü1,72 Mb.
#112037
1   ...   234   235   236   237   238   239   240   241   ...   348
Ayə 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15:

﴿يَا أَيُّهَا الْإِنسَانُ إِنَّكَ كَادِحٌ إِلَى رَبِّكَ كَدْحًا فَمُلَاقِيهِ﴾﴿فَأَمَّا مَنْ أُوتِيَ كِتَابَهُ بِيَمِينِهِ﴾﴿فَسَوْفَ يُحَاسَبُ حِسَابًا يَسِيرًا﴾﴿وَيَنقَلِبُ إِلَى أَهْلِهِ مَسْرُورًا﴾﴿وَأَمَّا مَنْ أُوتِيَ كِتَابَهُ وَرَاء ظَهْرِهِ﴾﴿فَسَوْفَ يَدْعُو ثُبُورًا﴾﴿وَيَصْلَى سَعِيرًا﴾﴿إِنَّهُ كَانَ فِي أَهْلِهِ مَسْرُورًا﴾﴿إِنَّهُ ظَنَّ أَن لَّن يَحُورَ﴾﴿بَلَى إِنَّ رَبَّهُ كَانَ بِهِ بَصِيرًا﴾

Ey insan! Sən Rəbbinə doğru çox can atırsan; sonda onun görüşünə yetişərsən; əməl naməsi sağ əlinə verilən kəsin tezliklə və asanlıqla hesabına baxılar; o şad halda ailəsinin (həmfikirlərinin) yanına dönər; hər kəsə əməl naməsi arxadan (sol əlinə) verilsə tezliklə onun fəryadı ucalar; o cəhənnəmə daxil olar; həqiqətən, o (dünyada) ailəsi içində şad idi; güman edirdi ki, heç vaxt geri dönməz; xeyr! Rəbbi onu görür.”


Nöqtələr
◘”Kədh” sözü həm təlaş, həm də zərbə vurmaq mənasını bildirir. İnsan Rəbbinə doğru irəliləyər. Amma bu gediş əziyyətli bir gediş olar. Sanki insan bu iş ilə özünü incidir.

◘Hədisdə bildirilir ki, üç xasiyyətə malik insanla Allah yüngül hesab aparar. Onu öz mərhəmətinə, behiştə daxil edər. Həmin üç xüsusiyyət: səni məhrum qoyana əta edəsən, səninlə əlaqəni kəsəni yoxlayasan, sənə zülm edəni bağışlayasan.1 (Qeyd)

◘9-cu və 13-cü ayələrdə ailə daxilində şadlıqdan danışıldı. Bunlardan biri müsbət, digəri mənfi sayılır. Dünyada qəflət içində şadlığın sonu cəhənnəm, iman və təqva ilə yaşayışın sonu qiyamətdə yaxınlar arasında şadlıqdır.

◘Həzrət Əlidən (ə) hazırkı ayə ilə bağlı soruşulduqda buyurur: “Behiştlik insanın ailəsi mömin olarsa, axirətdə də ona ailə seçilir.”


Bildirişlər
1. İnsan Allaha doğru hərəkətdədir.2 (Qeyd)

2. İnsan Allaha doğru hərəkətdə saysız problemlərlə üzləşir.

3. Allah tarix boyu cəmiyyətlərdə sabit qanunlar müəyyənləşdirib. Bu qanunlara hamı tabedir. Onları nə dayandırmaq, nə də təxirə salmaq mümkündür.

4. İnsanın təlaşlarının sonu Allaha qovuşmaqdır.

5. İnsanın dünyadakı əməlləri qeydə alınır və qiyamətdə yazılı şəkildə təqdim edilir.

6. Qiyamətdə insanlarla müxtəlif şəkillərlə sorğu aparılır. Xeyir əməl sahiblərinin hesabı yüngüldür.1 (Qeyd)

7. Dünyadakı şadlıqlar sizi qürrələndirməsin. Axirətin daimi şadlığı barədə düşünün. (Əgər bu gün ilahi əmrlərə xatir bəzi ləzzətlərdən imtina etsək, cihad və təhsilə görə ailədən uzaqlaşsaq, axirətdə bunun əvəzini alasıyıq.)

8. Qiyamətin əvvəlində insanlar bir-birindən qaçsalar da2(Qeyd), yüngül hesab və behiştə girişdən sonra öz ailələrinə doğru hərəkət edərlər.



Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   234   235   236   237   238   239   240   241   ...   348




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin