(85-Cİ SURƏ; 22 AYƏ)
OTUZUNCU CÜZ
“BÜRUC” SURƏSİNİN SİMASI
Məkkədə nazil olmuş bu surə 22 ayədən ibarətdir.
Surənin adı onun ilk ayəsindən götürülmüşdür. “Büruc” dedikdə yüksəklikdəki bürc kimi işıq saçan parlaq ulduzlar mənası nəzərdə tutulur.
Surənin başlanğıc ayələrində dərin bir xəndək qazıb orada böyük od qalayan və möminləri odda yandırmaqla hədələyən azğınların cinayətlərinə işarə olunur. Onlar öz imanından əl çəkməyənləri bu atırdılar.
Allah da belələrini cəhənnəm odu ilə müjdələyir. Bu od dünya odu ilə müqayisəyə gəlməz. Beləcə, möminlərə təsəlli verilir, onlar zalımlara qarşı mübarizəyə çağırılır.
Surənin davamında Firon və Səmud qövmünün əhvalatları yada salınır. Onlar böyük qüdrətə sahib olsalar da, Allahın iradəsi qarşısında məğlub olub əzildilər.
Surənin son ayələrində Quranın əzəmətindən, ilahi vəhyin uca məqamından danışılır.
Dostları ilə paylaş: |