Nöqtələr
◘”Büruc” sözü “bürc” sözünün cəm formasıdır. Bu söz zahir, aşkar mənasını bildirir. “Təbərrüc” dedikdə zinəti aşkarlamaq mənası anlaşılır. Uca tikililərə bürc deyilməsinin səbəbi onların digər binalar arasından aşkar görünməsidir. Hazırkı ayədə “büruc” dedikdə uzaqdan görünən və parlayan ulduzlar nəzərdə tutulur. Digər ayələrdə də oxşar məzmunla rastlaşırıq.1 (Qeyd)
◘”Və şahidin və məşhud” ayəsi ilə bağlı 30-dək nümunə göstərilmişdir. Məsələn Allah və yaranmışlar. Yəni and olsun xaliqə və bütün varlıq aləminə.
İmam Hüseyn (ə) buyurur: “Şahid dedikdə peyğəmbər nəzərdə tutulur. “Əhzab” surəsinin 45-ci ayəsi buna dəlildir. Məşhud dedikdə isə qiyamətə işarə olunur. “Hud” surəsinin 103-cü ayəsi bu mənanı təsdiqləyir.”2 (Qeyd)
◘”Vuqud” sözü alovlu, yandırıcı mənasını bildirir.
◘”Uxdud” dedikdə dərin xəndək, çala nəzərdə tutulur. “Əshabul-uxdud” ifadəsi elə böyük xəndək qazıb onu odla dolduran və möminləri həmin oda atan azğınlara işarə olunur. Həzrət İbrahimə münasibətdə də belə bir addım atılmışdı. Ayədə nəzərdə tutulan zalımlar və möminlərlə bağlı müxtəlif rəvayətlər var. Quranda həmin şəxslərlə bağlı konkret açıqlama verilmir.
Dostları ilə paylaş: |