Nur təFSİRİ



Yüklə 1,72 Mb.
səhifə244/348
tarix06.01.2022
ölçüsü1,72 Mb.
#112037
1   ...   240   241   242   243   244   245   246   247   ...   348
Bildirişlər
1. Allah üçün bütün varlıq aləmi dəyərlidir. Onların hər birinə and içilə bilər. Səma və ulduzları and üçün nümunə göstərmək olar.

2. Qiyamətdən qəflətdə qalmayın, qiyamət hamıya vəd olunmuş yerdir.

3. Sizin bütün işləriniz nəzarət altındadır. İnsana Allah nəzarət edir.

4. Zalımlara arxa çevirmək, nifrət bildirmək zəruridir.

5. Tarixin nəqlində xırdalıqlar yox, ibrətamiz hadisələri yada salmaq mühümdür. Hazırkı ayələrdə hadisə haqqında məlumat verilsə də ad çəkilmir.

6. Hətta arada zalım olmasa da, zülmə nifrət bu barədə düşüncə dəyərlidir. (Bu gün uxdud əshabı olmasa da onlara nifrət ruhiyyəsi yaşamalıdır.

7. Ən ağır əzab yandırmaqdır. Saysız qətllər arasında Allah möminlərin oda atılmasını qeyd edir.

8. Zülüm və məzlumiyyətlərin nəqli, müsibitlərin zikri və rövzəxanlığın Quranda qeyd olunmuş keçmişi var.

9. Günaha batmaq bir məsələdir, günahla razılaşmaq və qəlbidaşlıq başqa bir məsələ.

10. Möminlərə verilən işgəncələrə tamaşa edən zalımlar bilsinlər ki, Allah onlara və onların gördüyü işlərə şahiddir.

11. Sabit iman güc gətirir. Kafirləri narahat edən möminlərin davamlı imanı idi. Əgər möminlər imanlarından əl çəksəydilər onlara işgəncə verilməzdi.

12. Kafirlərin məntiqi hədə-qorxu və intiqamdan ibarətdir.

13. Kafirlər arasında ən böyük günah iman gətirməkdir. Onları yalnız insanların imanlarından əl çəkməsi razı salır.

14. Kafirlər bilsinlər ki, Allah möminlərin hamisidir və o intiqam almağa qadirdir.

15. Qadir Allaha bağlılıq cazibəsi şəhadət yolundakı çətinlikləri aradan qaldırır.

16. Həqiqi hakimiyyət yalnız Allaha məxsusdur.

17. Allahın hakimiyyəti Onun elm və iştirakı ilə müşayiət olunur.
Ayə 10, 11:

﴿إِنَّ الَّذِينَ فَتَنُوا الْمُؤْمِنِينَ وَالْمُؤْمِنَاتِ ثُمَّ لَمْ يَتُوبُوا فَلَهُمْ عَذَابُ جَهَنَّمَ وَلَهُمْ عَذَابُ الْحَرِيقِ﴾﴿إِنَّ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ لَهُمْ جَنَّاتٌ تَجْرِي مِن تَحْتِهَا الْأَنْهَارُ ذَلِكَ الْفَوْزُ الْكَبِيرُ﴾

Həqiqətən, imanlı kişiləri və qadınları incidib tövbə etməyənlər üçün cəhənnəm əzabı, yandırıcı əzab kimi əzab var. Həqiqətən, iman və saleh əməl sahibi olanlar üçün altından çaylar axan behişt bağları var. Budur böyük qurtuluş!”


Nöqtələr
◘”Fitnə” dedikdə qızılı oda daxil etmək mənası anlaşılır. Adi danışıqda bu söz əzab, işgəncə, ağır sınaq mənalarında işlədilir. Hazırkı ayədə isə bu söz əzab-əziyyət mənasında işlədilmişdir.1 (Qeyd) Başqa ayələrdə də oxşar məzmunla rastlaşırıq.2 (Qeyd)

◘Tarixin acı və ağır hadisələrində mömin qadınlar və kişilər çiyin-çiyinə olmuşlar. İnqilabi hərəkatlarda qadınların rolu yaddan çıxarılası deyil. Bu səbəbdən də cinayətkar zalımlar kişilərlə yanaşı qadınlara işgəncə vermişlər.


Bildirişlər
1. Uxdud əshabı və tarixin bütün zalımları Allahın qəzəbinə gələsidir.

2. İmanlı qadınlar kişilərlə yanaşı Allah yolunda işgəncələrə məruz qalmışlar.

3. Məzlumların müdafiəsində kişi və qadın arasında fərq qoyulmamalıdır.

4. Tövbə yolu həmişə açıqdır, bu yolda kimsə üçün çıxılmaz vəziyyət yoxdur. Bu səbəbdən də Allahın mərhəmətindən ümidsizlik qadağan edilir. Bəli, Allah hətta möminləri oda çəkən zalımları tövbəyə dəvət edir.

5. Allah uzun çəksə belə tövbələri qəbul edir.

6. Yandırmağın cəzası yandırılmaqdır.

7. Müjdə və xəbərdarlıq yanaşı olmalıdır.

8. Ən üstün ləzzətlərdən biri təbiətin seyridir.

9. İşgəncə verən kafirlər üçün iki əzab nəzərdə tutulur: küfr əzabı və işgəncələrin əzabı.

10. Dünya ötəridir. Həm zalımların eyş-işrəti ötəridir, həm də möminlərin məruz qaldığı əziyyətlər. Axirət barədə düşünün. Cəhənnəm əhlinin əzabı, behişt əhlinin mükafatı daimidir.





Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   240   241   242   243   244   245   246   247   ...   348




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin