Ayə 12, 13, 14, 15, 16:
﴿إِنَّ بَطْشَ رَبِّكَ لَشَدِيدٌ﴾﴿إِنَّهُ هُوَ يُبْدِئُ وَيُعِيدُ﴾﴿وَهُوَ الْغَفُورُ الْوَدُودُ﴾﴿ذُو الْعَرْشِ الْمَجِيدُ﴾﴿فَعَّالٌ لِّمَا يُرِيدُ﴾
“Həqiqətən, Rəbbinin qəzəb və cəzası şiddətlidir; şübhəsiz, Odur (yaranışa) başlayan və onu geri döndərən; Odur bağışlayan və (möminləri) sevən; uca ərşin sahibi Odur; O istədiyini hökmən edər.”
Nöqtələr
◘”Bətş” dedikdə qəzəb və hökmlə geri almaq mənası nəzərdə tutulur.
◘”Ərş” sözü Allahın hakimiyyət taxtı, ilahi tədbirləri mərkəzi mənasını bildirir. Ərş dedikdə bütün varlıq aləmini əhatə edən məkan da nəzərdə tutulur. “Zül-ərş” ifadəsi bütün varlıq aləminin sahibi mənasında işlədilir.
Bildirişlər
1. Allahın qəzəb və hökmü kimsə tərəfindən qarşısı alınmayacaq gücdədir.
2. Qəhr-qəzəb və cəza risalət məqsədlərinin həyata keçməsi və Peyğəmbərə (s) təsəlli üçündür, eləcə də Allahın rübubiyyət şənlərindəndir.
3. Yaratmaq və geri qaytarmaq Allahın həmişəlik işidir.
4. Allah həm yaratmağa, həm də geri qaytarmağa qadirdir.
5. Allahın həm qəhr-qəzəbi, həm də mərhəməti var.
6. Allah yaratmaqla yanaşı bütün yaratdıqlarını idarə edir, hökmü altında saxlayır.
7. Allahın nə qəzəbinə, nə də mərhəmətinə mane olacaq bir şey yoxdur.
8. Allahın işləri üçün məhdudiyyət yoxdur. (Allahın bütün işləri hikmətə əsaslanır, onun hikmətsiz əmri yoxdur)
Dostları ilə paylaş: |