Nur təFSİRİ


Ayə 11, 12, 13, 14, 15, 16, 17



Yüklə 1,72 Mb.
səhifə249/348
tarix06.01.2022
ölçüsü1,72 Mb.
#112037
1   ...   245   246   247   248   249   250   251   252   ...   348
Ayə 11, 12, 13, 14, 15, 16, 17:

﴿وَالسَّمَاء ذَاتِ الرَّجْعِ﴾﴿وَالْأَرْضِ ذَاتِ الصَّدْعِ﴾﴿إِنَّهُ لَقَوْلٌ فَصْلٌ﴾﴿وَمَا هُوَ بِالْهَزْلِ﴾﴿إِنَّهُمْ يَكِيدُونَ كَيْدًا﴾﴿وَأَكِيدُ كَيْدًا﴾﴿فَمَهِّلِ الْكَافِرِينَ أَمْهِلْهُمْ رُوَيْدًا﴾

And olsun yağışlı səmaya; and olsun yarılan yerə; həqiqətən, Quran ayırd edən bir kəlamdır. O əyləncə, zarafat deyil; həqiqətən, kafirlər daim hiylə qururlar; mən də tədbir tökürəm; kafirlərə möhlət ver, onları qısa bir vaxt azad burax.”


Nöqtələr
◘”Rəc” dedikdə yağış mənası anlaşılır. Yağışın “rəc” adlandırılmasının səbəbi onun buxar şəklində qalxıb yerə yağış şəklində düşməsi ola bilər. “Səd” dedikdə birkiərin cücərməsi üçün yerin yarılması mənası anlaşılır. “Həzl” sözü mənasız danışıq mənasını bildirir. “Kəyd” dedikdə məxfi, qəfil plan nəzərdə tutulur.

◘”Məhhil” və “əmhil” sözləri eyni bir mənanı ifadə edir. Bu sözlər nəzərdə tutulan mənanı vurğulamaq üçün təkrarlanır. Hər iki söz möhlət vermək mənasını ifadə edir. “Ruvəyda” dedikdə bir işin yerinə yetirilməsi üçün danlaqlı çalışma nəzərdə tutulur.

◘Səma və yer bitkinin ərsəyə gəlməsində ata və ana rolunu oynayır.

◘Yağışın yağması və torpağın hazırlığı bitkilərin inkişafı üçün bir zəmindir. Quranın nazil olması və insanın hazırlığı onun təkamülü üçün şərait yaradır. Quran sözü yağış sözü ilə yanaşı işlədilir.

◘Şəkki aradan qaldırmaq üçün həm məntiqi, həm də qətiyyətli danışmaq lazımdır. Allahın ardıcıl andları müxaliflərin şəkkini aradan qaldırmaq, möminlərin imanını gücləndirmək üçündür.

◘”Ləqəvlun fəsl” dedikdə Quranın ardıcıl şəkildə haqqı batildən ayırması nəzərdə tutulur. Necə ki “filankəs şəkərdir” dedikdə onun tam bir şəkər parçası olması nəzərdə tutulur.

◘Həzrət Peyğəmbər (s) buyurur: “Tezliklə aranızda fitnə görünər.” Peyğəmbərdən qurtuluş yolu barədə soruşurlar. Həzrət buyurur: “Qurtuluş yolu keçmişdəkilər və gələcəkdəkilərdən danışan, sizin üçün hakim olan Qurandır. O haqqı batildən ayıran kəlamdır.” Həzrət sözünün davamında buyurur: “Qurandan başqa yerdə hidayət, doğru yol axtaranı Allah azdırar.”1 (Qeyd)
Bildirişlər
1. Qiyamət insanların düşüncə və əməllərinin üzə çıxdığı gündür.

2. İnsanın məqsədləri və ruhiyyələri onun qiyamət günündəki halına təsirlidir.

3. Qiyamət sirlərin açıldığı, insanın peşiman olduğu gündür. Həmin gün insan çıxış yolu tapa bilməz.

4. İnsanın qiyamətə gəlişi su buxarının səmadan yerə enişi kimidir.

5. Hər bir mövcudun dəyəri onun bərəkətindədir.

6. Quran haqqı batildən ayıran kitabdır. Ona roman, bədii əsər kimi yanaşmaq olmaz.

7. Kafirlərin hiyləsi daimi, çətin və qətidir. Onların hiylələrindən qəflətdə qalmayın.

8. Allahın insanla rəftarı onun əməllərinə münasibdir. İnsan xeyir yolda addım atırsa, Allah onu hidayət edir.2 (Qeyd) İnsan hiylə qurmaq fikrindədirsə, özü hiyləyə düçar olur.

9. Quran haqqı batildən ayıran mizandır.

10. Kafirlər əslində Allaha qarşı çıxmışlar. Allahın isə tədbirləri sərtdir.

11. Kafirlər müsəlmanları aldadır. Biz də onları qəfil yaxalayaq.

12. Düşmənlə rəftarda nə özünüz tələsin, nə də Allahdan tələsik qərar gözləyin.

13. Düşməndən heç vaxt qəflətdə qalmaq olmaz. Amma möhlət verməyin eybi yoxdur.

14. Qəlbigenişlik rəhbərlik üçün zəruri şərtlərdəndir.

15. Düşmənə o qədər möhlət vermək olmaz ki, bu fürsətdən möminlərə qarşı istifadə etsin.
ƏLA” SURƏSİ


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   245   246   247   248   249   250   251   252   ...   348




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin