Ayə 16, 17, 18, 19:
﴿بَلْ تُؤْثِرُونَ الْحَيَاةَ الدُّنْيَا﴾﴿وَالْآخِرَةُ خَيْرٌ وَأَبْقَى﴾﴿إِنَّ هَذَا لَفِي الصُّحُفِ الْأُولَى﴾﴿صُحُفِ إِبْرَاهِيمَ وَمُوسَى﴾
16. “Amma siz dünya həyatını üstün tutursunuz”; 17. “Hansı ki axirət üstün və əbədidir”; 18. “Bu sözlər öncəkilərin səmavi kitabında da yazılmışdır”; 19. “İbrahim və Musanın kitablarında.”
Nöqtələr
◘Rəvayətlərdə dünyaya bağlılıq bütün xətaların kökü sayılır.3 (Qeyd) Dünya dayanacaq yox, körpüdür. Bu körpünü adlayıb daimi mənzilə çatmaq lazımdır.4 (Qeyd)
◘Quranda adətən namazdan sonra zəkat qeyd edilir.5 (Qeyd) Amma imam Sadiq (ə) buyurur: “Fitr bayramında zəkat ödəmək bayram namazı qılmaqdan öndə gəlir.” Sonra imam hazırkı ayəni oxuyur.6 (Qeyd)
◘İmam Riza (ə) bir şəxsdən bu ayə barəsində soruşdu. Həmin şəxs bildirdi ki, Allahın adı çəkiləndə namaz qılmaq lazımdır. İmam buyurdu: “Belə bir vəzifə ağır olardı. Gün uzunu Allahın adı çəkiləndə namaz qılmaq insan üçün çətindir. Amma Allahın adı çəkiləndə Məhəmməd (s) və ali Məhəmmədə salavat göndərmək yaxşıdır.”7 (Qeyd)
◘Axirət dünyadan üstündür. Çünki axirətdə müəyyən xüsusiyyətlər var. Axirət zaman baxımından əbədidir8(Qeyd), məkan baxımından genişdir9(Qeyd), axirətdəki qidalar çeşidlidir1(Qeyd), axirətdə qorxu, qəm-qüssə yoxdur2(Qeyd), axirətdə vəfalı dostlar var3(Qeyd), axirətdə gözəl zövcələr var.4 (Qeyd)
◘Əbuzər həzrət Peyğəmbərdən (s) nəql edir ki, Allah-taala 124 min peyğəmbər göndərmişdir, onların 313-ü rəsul, qalanı nəbidir; cəmi 104 kitab olmuşdur.5 (Qeyd)
Bildirişlər
1. Dünyaya bağlılıq insanı özünü paklamasına mane olur.
2. Dünya yox, dünyanın axirətdən üstün tutulması məzəmmət olunur.
3. Bir şeyi tənqid edəndə çıxış yolu göstərib, əvəz olaraq yaxşı bir nümunə təqdim edin.
4. Allahın daimi zikri qəlb və düşüncənin paklanma yoludur.
5. Varlıq aləminə müdiriyyətə diqqət Allahı yada salır.
6. Namaz adət üzrə yox, zikr və diqqətlə qılınmalıdır.
7. Namaz qılan şəxs yalnız özünü paklayıb zikr əhli olduqda nicat tapır.
8. Səmavi kitablar bir-birinə uyğundur.
9. Səmavi kitablar arasında həzrət İbrahim və həzrət Musanın kitablarının xüsusi imtiyazı var.
“ĞAŞİƏ” SURƏSİ
Dostları ilə paylaş: |