Ayə 12, 13, 14, 15, 16:
﴿فِيهَا عَيْنٌ جَارِيَةٌ﴾﴿فِيهَا سُرُرٌ مَّرْفُوعَةٌ﴾﴿وَأَكْوَابٌ مَّوْضُوعَةٌ﴾﴿وَنَمَارِقُ مَصْفُوفَةٌ﴾﴿وَزَرَابِيُّ مَبْثُوثَةٌ﴾
12. “Orada çeşmələr axır”; 13. Orada yüksəlmiş taxtlar var”; 14. “Piyalələr düzülmüşdür”; 15. Balınclar sıralanmışdır”; 16. “Xalılar sərilmişdir.”
Nöqtələr
◘”Əyn” sözü çeşmə mənasını bildirir. Bu çeşmə bir və ya bir neçə ola bilər. “Zariyat” surəsinin 15-ci ayəsinə əsasən behişt çeşmələri çoxsaylıdır.
◘Şadlıq üçün nəzərdə tutulmuş taxt “sərir” adlanır. “Mərfuə” sözü behişt taxtları üçün uca yer mənasını ifadə edir. Onların qoyulduğu yerdən behişt seyr olunur.
◘“Əkvab” sözü “kub” sözünün cəm formasıdır. Bu söz dəstəsiz qədəh mənasını bildirir. “Vaqeə” surəsinin 17 və 18-ci ayələrində həmin qablardan danışılır.
◘“Nəmariq” sözü “nəmrəqə” sözünün cəm formasıdır. Bu söz balınc, kiçik mütəkkə mənasını bildirir. “Zərabiyy” dedikdə dəyərli xalı mənası nəzərdə tutulur.
Bildirişlər
1. Behişt çeşmələrinin əzəmətini dərk etmək olmaz.
2. Behişt əhlinin yeri ucadadır və onlar yerdə oturmazlar.
Dostları ilə paylaş: |