Nur təFSİRİ



Yüklə 1,72 Mb.
səhifə261/348
tarix06.01.2022
ölçüsü1,72 Mb.
#112037
1   ...   257   258   259   260   261   262   263   264   ...   348
Ayə 17, 18, 19, 20:

﴿أَفَلَا يَنظُرُونَ إِلَى الْإِبِلِ كَيْفَ خُلِقَتْ﴾﴿وَإِلَى السَّمَآءِ كَيْفَ رُفِعَتْ﴾﴿وَإِلَى الْجِبَالِ كَيْفَ نُصِبَتْ﴾﴿وَإِلَى الْأَرْضِ كَيْفَ سُطِحَتْ﴾

17. “Dəvəni görmürlərmi ki, necə yaradılıb?” 18. “Səma necə ucaldılıb?” 19. Dağ necə dayandırılıb?” 20. Yer necə genişləndirilib?”
Nöqtələr
◘Əgər insanda təfəkkür ruhiyyəsi olsa bütün varlıq aləmi bir dərs otağıdır. Səhradakı çoban sanki dünyanın ən böyük kitabxanasındadır. Yer onun ayağının altında, səma başının üzərindədir. Ətrafında dağlar, çaylar, müxtəlif canlılar, misal çəkilən dəvələr var. Əgər ətrafdakıları diqqətlə seyr etsə, bir çox sirləri anlayar. Məsələn, dəvə atdan iti qaçır, ulaqdan çox yük götürür, onun ətindən və südündən istifadə olunur. Heyvanların hərəsinin istifadə yönümü var. Amma dəvə bütün baxımlardan istifadəyə yararlıdır. Onun göz qapaqları səhra küləklərinə və tozuna davamlıdır. Öz təpəciklərində topladığı yağla uzun müddət qidalanır. Bədənində su ehtiyatı saxlayır. Yolu tanıyır. Dəvə elə ram olur ki, yüz dəvəni bir karvan apara bilir. Onun bədən quruluşu səhra üçün çox münasibdir. Ərəblərin dilincə desək, dəvə səhra gəmisidir. O çox güclü, az xərcli, faydalı, aram və dözümlü heyvandır.

◘Səmaların, dağların və yerin yaranışı təsadüfi deyil. Bütün bunlar hikmət əsasında yaradılmışdır.

◘Hər nemətin üstün bir cəhəti var. Göy uca, yer geniş, dağlar möhkəmdir.

◘Göy qatları, səma cisimləri, planetlərin orbitləri, onların nizamlı hərəkəti düşündürücüdür. Bəşəriyyət varlıq aləmi ilə bağlı gündə bir sirr kəşf edir.

Dağların kökü yerin təkindədir. Onlar yerə mıx kimi salınmışlar. Dağlar yeri müxtəlif titrəyişlərdə qoruyur. Onlarda ehtiyat qar toplanır və tədricən suya çevrilir. Dağlar küləklərin qarşısını alır, havanı təmizləyir. Dağlardan bir sıra dəyərli yataqlar tapılır. Dağlardan əqiq və mərmər kimi qiymətli daşlar çıxarılır. Bir sözlə, hazırkı ayələrdə dünya insana tanıtdırılır, əkinçilik və heyvandarlıqdan, kosmosdan danışılır.
Bildirişlər
1. Varlıq aləminin sirlərini öyrənməyə cəhd etməyənlər məzəmmət olunur.

2. Hiss etdiklərinizi ötüb keçin ki, dərk ediləsi məfhumlara çatasınız.

3. Məada, behişt əhli üçün nəzərdə tutulmuş nemətlərə şəkk etməyin. Məgər Allahın yaratdıqlarını görmürsünüz?!

4. Yaranmışlar Allahın varlığına dəlil olduğu kimi, yaranmışların nəfisliyi və mürəkkəbliyi də Onun qüdrət, elm və hikmətinə dəlildir.



Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   257   258   259   260   261   262   263   264   ...   348




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin