(89-CU SURƏ; 30 AYƏ)
OTUZUNCU CÜZ
“FƏCR” SURƏSİNİN SİMASI
Məkkədə nazil olmuş bu surə otuz ayədən ibarətdir.
Surənin adı onun ilk ayəsindən götürülmüşdür. “Fəcr” dedikdə “sübh ağartısı” mənası nəzərdə tutulur.
Digər Məkkə surələri kimi bu surənin də ayələri qısa və atəşlidir. Surə ciddi xəbərdarlıqlarla müşayiət olunur.
Surənin müxtəlif ayələrində axşam və səhər çağlarına and içilir, azğın qövmlərin taleyi yada salınır. Allahın insanların sınağa çəkilməsi ilə bağlı sünnəsi, insanların bu yönümdə fərqli reaksiyaları, qiyamət səhnəsi, bu səhnədə günahkarların peşimançılığı, xeyir əməl sahiblərindən razılıq hazırkı surənin əsas mövzularındandır.
Rəvayətlərdə tövsiyə olunur ki, “Fəcr” surəsi vacib və müstəhəb namazlarda oxunsun. Çünki bu surə “Hüseyn” surəsi adlanır.1 (Qeyd)
Dostları ilə paylaş: |