Nur təFSİRİ



Yüklə 1,72 Mb.
səhifə264/348
tarix06.01.2022
ölçüsü1,72 Mb.
#112037
1   ...   260   261   262   263   264   265   266   267   ...   348
بِسْمِ ٱللهِ الرَّحْمنِ ٱلرَّحِيمِ

"Rəhman və Rəhim Allahın adı ilə"
Ayə 1, 2, 3, 4, 5:

﴿وَالْفَجْرِ﴾﴿وَلَيَالٍ عَشْرٍ﴾ وَالشَّفْعِ وَالْوَتْرِ﴾﴿وَاللَّيْلِ إِذَا يَسْرِ﴾﴿هَلْ فِي ذَلِكَ قَسَمٌ لِّذِي حِجْرٍ﴾

1. “And olsun sübh ağartısına”; 2. “And olsun 10 gecəyə”; 3. “And olsun cütə və təkə”; 4. “And olsun ötüb keçən gecəyə”; 5. “Düşüncə sahibləri üçün (bu andlarda) mühüm bir and yoxmu?”
Nöqtələr
◘”Fəcr” sözü əslində parçalanma mənasını bildirir. Bu söz ayədə gecə qaranlığının sübh ağartısı vasitəsi ilə parçalanması mənasını ifadə edir. Həmin anlar çox müqəddəs və dəyərli anlardır. Həmin vaxt canlılar hərəkətə gəlir və yeni gün başlayır.

Bəzi rəvayətlərə əsasən “fəcr” sözü imam Mehdiyə (ə) işarədir. Yəni zülm və fəsad qaranlığı həzrətin qiyam sübhü ilə parçalanar.2 (Qeyd)

◘”Hicr” qadağan mənasını bildirir. Hazırkı ayədə bu söz əql mənasında işlədilmişdir. Yəni ağıl insanı pis işdən çəkindirir. Necə ki “məhcur” sözü işlədilməsi qadağan olan mənasını bildirir.

◘Rəvayətlərdə “şəf” sözünün cüt “vətr” sözünün tək mənasını ifadə etdiyi bildirilir. Bununla bağlı bir çox nümunələr göstərilir. Məsələn, bildirilir ki, vətr ərəfə gününə, şəf qurban gününə işarədir. Bəzən şəf sözünün Səfa və Mərvə dağlarına, vətr sözünün Kəbəyə işarə olduğu bildirilir. Bəzilərinin nəzərincə, vətr yeganə Allah, şəf yaranmışlar mənasını ifadə edir. Bu iki sözün şəf və vətr kimi müstəhəb namazlara işarə olduğunu bildirənlər də var. Bəziləri də qeyd edirlər ki, şəf dedikdə zil hiccənin 9 və 10-cu günləri, vətr dedikdə məşər gecəsi nəzərdə tutulur.1 (Qeyd)

◘Zaman xeyli dəyərli, bəlkə də müqəddəsdir. Onu boş yerə sərf etməyək. Allah sübhə, günorta çağına, gündüzə, axşamçağına and içir.”2 (Qeyd)

Maraqlıdır ki, səhərə üç yerdə and içilir.3 (Qeyd)

◘”Vələyalin əşr” ayəsində ya ramazan ayının son 10 gecəsi, ya da zil hiccə ayının başlanğıc 10 gecəsi nəzərdə tutulur. Ramazanın birinci 10 günlüyünə qədr gecələri, zil-hiccənin birinci 10 günlüyünə ərəfə günü və qurban bayramı günü daxildir.
Bildirişlər
1. Zaman müqəddəsdir və ona and içmək olar.

2. Bəzi günlərin xüsusi müqəddəsliyi var.

3. İlahi eşq yolçularının mənəvi seyrə çıxdığı anlar, yəni gecənin son saatları xüsusi müqəddəsliyə malikdir.

4. Quran düşüncə sahiblərinə müraciət edir.



Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   260   261   262   263   264   265   266   267   ...   348




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin