Ayə 27, 28, 29, 30:
﴿يَا أَيَّتُهَا النَّفْسُ الْمُطْمَئِنَّةُ﴾﴿ارْجِعِي إِلَى رَبِّكِ رَاضِيَةً مَّرْضِيَّةً﴾﴿فَادْخُلِي فِي عِبَادِي﴾﴿وَادْخُلِي جَنَّتِي﴾
27. “Ey aramlaşmış ruh!” 28. “Rəbbinə doğru dön, sən Ondan, O da səndən razı halda”; 29. “Bəndələrim zümrəsinə qatıl”; 30. “Mənim behiştimə daxil ol!”
Nöqtələr
◘Aram qəlb, arxayın nəfs Allah zikri ilə əldə olunur.1 (Qeyd) Ən üstün zikr namazdır.2 (Qeyd) Razı qalmaq və razı salmaq arxayın nəfs nişanəsidir. Arxayın nəfs sahibi Allahdan, Allah da ondan razıdır.
◘İmam Sadiqdən (ə) soruşulur ki, mömin can verdiyi haldan razıdır, yoxsa yox? İmam buyurur: “Öncə razı olmur. Amma ruh çıxaran mələk ona bildirir ki, mən sənə atadan da mehribanam, gözünü aç. Mömin gözünü açır, Peyğəmbər (s), Əli (ə), Fatimə (s.ə.), Həsən (ə), Hüseyn (ə) və digər imamları görür. Mələk deyir: “Onlar sənin dostlarındır.” Mömin gördüyü səhnədən razı qalır və “ey arxayın nəfs” xitabını eşidir.”3 (Qeyd)
Bildirişlər
1. Qiyamət peşimançılıq günüdür.
2. Arzudan bir şey çıxmaz təlaş lazımdır.
3. Əsl və əbədi həyat axirət həyatıdır.
4. Mərhəmətli Allah bəzən qəhr-qəzəbini nazil edir.
5. Qiyamətdə əzabdan qurtuluş yolu yoxdur.
6. İnsan həm ruh, həm də cisimdən ibarətdir. Allah ruha müraciət edir.
7. Dost-yoldaşsız behişt behişt deyil.
8. Behiştin dərəcələri var.
9. Dünya əzabının oxşarı tapıla bilər. Amma axirət əzabının misli yoxdur.
“BƏLƏD” SURƏSİ
Dostları ilə paylaş: |