Nur təFSİRİ



Yüklə 1,72 Mb.
səhifə279/348
tarix06.01.2022
ölçüsü1,72 Mb.
#112037
1   ...   275   276   277   278   279   280   281   282   ...   348
Nöqtələr
◘İmam Baqir (ə) və imam Sadiq (ə) 9-cu ayənin təfsiri ilə bağlı buyururlar: “Nəfsini paklayan kəs dedidkə Peyğəmbər və məsum imamlar nəzərdə tutulur. Onlar Allaha itaət edib nicat tapdılar.”1 (Qeyd)

◘Allahın nəzərində yalnız özünü paklayanlar nicat əhlidir. Fironçular isə zorluları, zahirdə qalib gələnləri nicat tapmış sayır.

◘Xeyir işlərdə qurtuluş ümidi var.2 (Qeyd)Amma nəfsin paklanması və özünütərbiyə insanı qəti şəkildə xilas edir.

Amma nəfsin paklanması və özünütərbiyə insanı qəti şəkildə xilas edir.

◘Nəfsin paklanması dedikdə batil əqidə, əxlaq və rəftarlardan uzaqlıq, bəyənilmiş səciyyələrə yiyələnmək nəzərdə tutulur.

◘Ayələrdə buyurulur ki, su bir gün xalqın, bir gün isə dəvənin payıdır. Hərə öz günündə sudan istifadə etməlidir. Bildirilir ki, dəvəyə mane olan böyük əzaba düçar olacaq.3 (Qeyd)

◘Quranda “fəlah” kökü 40 dəfə işlədilmişdir. Bu sözü araşdırdıqda məlum olur ki, kimlər nicat tapasıdır, kimlər məhrum qalasıdır. Məsələn, günahkarların nicat tapmayacağı bildirilir.4 (Qeyd)

◘Quranda bəzi mövzular bir andla bəyan olunur. Bəzən iki, üç, dörd, beş and içilir. Amma bu surədə 11 dəfə and içildikdən sonra nəfsin paklamağın əhəmiyyəti qeyd edilir.

◘”Xab” sözü məqsədə çatmaq mənasını bildirən “xəybə” məsdərindəndir.

◘”Dəss” sözü izləmək mənasını bildirir. Qızların diri-diri gora gömülməsindən danışılarkən bu sözdən istifadə olunur. Bəli, Günahkar insan öz eyblərini gizləməyə çalışır. “Dəsisə” sözü gizlədilən çirkin iş mənasını bildirir.

◘”Dəmdəm” dedikdə sarsıdıcı və əhatəli əzab nəzərdə tutulur. Bu əzab insanı parçalayıb dağıdır.

◘”Səvvaha” sözü ya tikililərin, ya da insanların torpaqla bir edilməsini bildirir.

◘Nəfsini paklamış tənha bir insan cəmiyyətdə hərəkat yarada bilər. Belə bir şəxs təkamül, şücaət, şəxsiyyət, mərifət və vəhdət üçün hərəkət verici ola bilər. Necə ki, azğın bir şəxs öz istəyinə çatmaq üçün bütöv ümməti fəsada sürükləyir.

◘Quranda insanların qurtuluşu üçün iki amil göstərilir: iman və paklanma (təzkiyə).

Mahiyyət baxımından iman və təzkiyə eynidir. Özünü tərbiyələndirmək istəyən şəxs həqiqi mömin olmalıdır. Həqiqi mömin isə özünü paklayan insandır. Belə bir insan imanlıdır, dini vəzifələrini diqqətlə yerinə yetirir. Belələri “Muminun” surəsinin başlanğıcında yada salınır.

◘“Ətyəbul-bəyan” təfsirində oxuyuruq ki, tarix boyu böyük cinayətkarlar olmuşdur. Amma Salehin dəvəsini öldürən və həzrət Əlini (ə) şəhadətə yetirən şəxsin cinayəti çox böyükdür. Bu iki cinayətin yeganə səbəbi amansızlıq olmuşdur.

◘Həzrət Əli (ə) Kufədə minbərdən buyurdu: “Salehin dəvəsini bir nəfər öldürdü. Amma Allah bu işə razı olanların hamısını cəzalandırdı.” Sonra həzrət hazırkı ayəni tilavət etdi.1 (Qeyd)

◘Şiə və sünnülərdən nəql olunmuş çoxsaylı rəvayətlərdə, o cümlədən Əhməd Hənbəl, Təbəri və Qurtubidən nəql olunmuş rəvayətlərdə bildirilir ki, ilk qəddar Salehin dəvəsini öldürən, son qəddar həzrət Əlini (ə) şəhadətə yetirən şəxsdir.2 (Qeyd)



Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   275   276   277   278   279   280   281   282   ...   348




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin