Nur təFSİRİ



Yüklə 1,72 Mb.
səhifə280/348
tarix06.01.2022
ölçüsü1,72 Mb.
#112037
1   ...   276   277   278   279   280   281   282   283   ...   348
Bildirişlər
1. İnsanın ruhuna anddan aydın olur ki, onun səadəti maddi yox, mənəvi təkamülündən asılıdır.

2. Nəfsimizi başına buraxsaq o bizi süquta uğradar. Bəli, nəfsə nəzarət lazımdır.

3. Paklanma və özünü tərbiyə nələrdənsə məhrum olmaq yox, əsil təkamüldür.

4. Nəfsini yersiz adət-ənənələrə əsir edib azğın istəklər ardınca gedən insan böyük ziyana düçar olacaq.

5. Azğınlıq və günah küfr və təkzibin müqəddiməsidir.

6. Təbliğdə ümumi prinsipləri bəyan etdikdən sonra nümunələr göstərin.

7. Müqəddəsliklərin hörmətdən salınması qəddarlıqdır. Böyük müqəddəsliyə hörmətsizlik üçün daha artıq amansızlıq lazımdır.

8. Nəfsini paklamaq fikrində olmayan insan öncə azğın istəklərini məxsfi təmin edir, sonra açıq-aşkar bu işin ardınca gedir.

9. Daha qəddar insan pis işlərə daha tez yönəlir.

10. Allaha aid olan hər şey müqəddəsdir. Bu müqəddəsliklərə ehtiram göstərmək lazımdır. Müqəddəsliklərə hörmətsizliyin sonu ilahi əzabdır.

11. Alağı təmizləmək bəs etmir, bəhrə üçün çalışmaq lazımdır.

12. Nəfsin tələb etdiyi ötəri ləzzətlərlə qürrələnməyin. Bu işin sonu məhrumiyyətdir.

13. Başqalarının günahı ilə razılaşanlar həmin günaha şərikdirlər. Dəvəni bir nəfər öldürdüsə də, bu iş bütün ətrafdakıların ayağına yazıldı.

14. Allah hər şeyə hakimdir və sitəmkarları məhv etməkdən çəkinmir.

15. Günahla razılaşmaq, günaha sövq etmək də günahdır.

16. Allahın cəzaları onun rübubiyyət cilvələrindəndir. Tərbiyəçi tərbiyəyə mane olan səbəbləri aradan qaldırmalıdır.

17. Allahın dünyada nazil olan qəhr qəzəbi də ağırdır.
LƏYL” SURƏSİ


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   276   277   278   279   280   281   282   283   ...   348




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin