(95-Cİ SURƏ; 8 AYƏ)
OTUZUNCU CÜZ
“TİN” SURƏSİNİN SİMASI
Bu surə Məkkədə nazil olmuşdur, səkkiz ayədən ibarətdir.
Surənin adı onun ilk ayəsindən götürülmüşdür və “əncir” mənasını bildirir.
Surənin əsas mövzusunu qiyamətdə insanlar üçün nəzərdə tutulmuş mükafat və cəzadır. Surədə insanların gözəl şəkildə yaradıldığı bəyan olunur. Bildirilir ki, onlar pak fitrət və ya bu fitrətdən uzaqlıq səbəbindən iki qismə bölünürlər. Fitrətinə arxa çevirənlər süquta uğrayır. Uyğun fərqlər bir qismin mükafatlandırılması, bir qismin cəzalandırılması ilə başa çatır. İki fərqli qrupa eyni gözlə baxılmaması məntiqi bir işdir.
Dostları ilə paylaş: |