(96-CI CÜZ; 19 AYƏ)
OTUZUNCU CÜZ
“ƏLƏQ” SURƏSİNİN SİMASI
“Ələq” surəsi 19 ayədən ibarətdir. Bu surə Məkkədə nazil olmuşdur.
Surənin adı onun 2-ci ayəsindən götürülmüşdür. Həmin ayədə insanın ələqdən, yəni laxta qandan yaradıldığı bildirilir.
“Ələq” surəsi Peyğəmbərə (s) ilkin nazil olmuş surələrdəndir. Onun ayələri o qədər həmahəngdir ki, surənin bir dəfəyə nazil olduğu düşünülür.1 (Qeyd)
Bu surə də “Səcdə”, “Fusillət”, “Nəcm” surələri kimi vacib səcdəyə malikdir. Şiələrin əqidəsinə əsasən namazda bu surəni oxumaq olmaz. Heyz və ya cənabət halında bu surəni oxumaq qadağandır.
Dostları ilə paylaş: |