Nur təFSİRİ



Yüklə 1,72 Mb.
səhifə297/348
tarix06.01.2022
ölçüsü1,72 Mb.
#112037
1   ...   293   294   295   296   297   298   299   300   ...   348
بِسْمِ ٱللهِ الرَّحْمنِ ٱلرَّحِيمِ

"Rəhman və Rəhim Allahın adı ilə"
Ayə 1, 2, 3, 4, 5:

﴿اقْرَأْ بِاسْمِ رَبِّكَ الَّذِي خَلَقَ﴾﴿خَلَقَ الْإِنسَانَ مِنْ عَلَقٍ﴾﴿اقْرَأْ وَرَبُّكَ الْأَكْرَمُ﴾﴿الَّذِي عَلَّمَ بِالْقَلَمِ﴾﴿عَلَّمَ الْإِنسَانَ مَا لَمْ يَعْلَمْ﴾

Oxu yaradan Rəbbinin adı ilə; insanı laxta qandan yaratdı; oxu ki, sənin Rəbbin hamıdan əzizdir; o kəs ki, qələmlə öyrətdi; insana bilmədiyini təlim verdi.”


Nöqtələr
◘Həzrət Peyğəmbər (s) buyurur: “Cəbrail ilk dəfə nazil olanda buyurdu: “Oxu!” Dedim ki, bacarmıram. Məni üç dəfə sıxandan sonra oxuya bildim.”2 (Qeyd)

◘Təfsirdə bildirilir ki, insanın yaranışından söz gedəndə Allah özünü kərim, əziz adlandırır.3 (Qeyd) Amma oxumaqdan və qələmdən danışılanda Allah özünü “əkrəm”, yəni daha kərim kimi təqdim edir.

◘İşə qiraət, elm və qələmlə başlaması İslamın iftixarlarındandır. Allahın öz Peyğəmbərinə (s) ilk əmri elmi bir əmr idi. İlk dəfə Peyğəmbərin (s) qarşısında nizamlı və yazılı bir lövhə açıldı.

◘“İqrə” (“oxu”) əmrində Peyğəmbərə (s) nazil edilənin həm öyrənilməsi, həm də oxunulması vurğulanır.

◘“Ələq sözü bir neçə cür mənalandırılır:

a) Yapışqan; burada həzrət Adəmin yapışqan gildən yaradıldığı və ya iki nütfənin bir-birinə yapışdığı nəzərdə tutulur.

b) “Ələq” sözü “əlaqə” sözündəndir və insanın ictimai ruhiyyədə olmasına işarədir.

c) “Ələq” dedikdə qatı, laxta qan mənası nəzərdə tutulur. Adətən bu məna əsas götürülür.

◘Allah laxta qandan insan yaradır, məktəb görməmiş şəxsə “oxu” əmri verir.

◘Hər bir surəni oxumaq üçün öncə “Bismillah” demək lazımdır.1

◘Təhsilə Allahın adı ilə başlamaq lazımdır. Təhsilini başa vuranlar da bu yolda addım atmalıdır.
Bildirişlər
1. Quran qiraətinə Allahın adı ilə başlamaq lazımdır.

2. İslamın ilk əmri elmi bir əmr idi.

3. İnsan ilahi məqsədlə oxumalıdır.

4. Quran oxumaq təkamül vasitəsidir.

5. Allahın tərbiyəsi həm maddi, həm də mənəvidir.

6. Rəbb elə yaradan varlığın özüdür. Müşriklər isə Allahın yaradan olduğunu qəbul edir, bütləri özlərinə Rəbb sayırdılar.

7. İnsanın laxta qandan yaradılması həm elmi baxımdan yenilikdir, həm də insan üçün tərbiyə vasitəsidir. Laxta qandan yaradıldığını düşünən qürrələnməməlidir.

8. Varlıq aləminin yaranışında insanın yaranışı ayrıca qeyd edilir.

9. İnsanın əsil müəllimi Allahdır.

10. Qələm elmin ötürülməsi ən üstün vasitədir.

11. İlahi vəhy bəşəri elmlərin mənbəsidir.

12. Allahın yaradan, Rəbb, kərim və müəllim olması Quran qiraətini zəruriləşdirir.

13. Allah öz işlərini vasitələrlə yerinə yetirir.

14. Qələmdən istifadə ilə cəhalətdən qurtuluş Allahın kərəm və rübubiyyət cilvələrindəndir. Yazıçılıq bəyənilmiş, İslamda rəğbətlə qarşılanan bir peşədir.

15. Allah insanın həm cismini, həm də ruhunu inkişaf etdirir.


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   293   294   295   296   297   298   299   300   ...   348




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin