Nur təFSİRİ



Yüklə 1,72 Mb.
səhifə299/348
tarix06.01.2022
ölçüsü1,72 Mb.
#112037
1   ...   295   296   297   298   299   300   301   302   ...   348
Ayə 15, 16, 17, 18, 19:

﴿نَاصِيَةٍ كَاذِبَةٍ خَاطِئَةٍ﴾﴿فَلْيَدْعُ نَادِيَه﴾﴿سَنَدْعُ الزَّبَانِيَةَ﴾﴿كَلَّا لَا تُطِعْهُ وَاسْجُدْ وَاقْتَرِبْ﴾

Belə deyil! Əgər pis əməlindən əl çəkməsə, onun kəkilindən yapışarıq; xətakar yalançının kəkilindən! Qoy öz dəstəsini köməyə çağırsın; biz də tezliklə cəhənnəm məmurlarını çağırarıq; əsla ona tabe olma! Səcdə qıl və Ona yaxınlaş!”


Nöqtələr

◘“Nəsfəən” sözü feldir. Bu sözün sonunda “nun” hərifi tənvin kimi yazılmışdır. Bu söz “nəsf” kökündən olub tutmaq, sürümək və üzə sillə vurmaq mənasını bildirir. “Nasiyə” dedikdə başın qabaq hissəsindəki tük, kəkil nəzərdə tutulur. İnsanın kəkilindən tutub sürümək onu alçaltmaq mənasındadır.

◘“Ər Rəhman” surəsi nazil olanda Peyğəmbər (s) bu surəni Qüreyşə kimin oxuyacağını soruşdu. Qüreyşin sərtliyinə xatir kimsə dinmədi. Amma zəif bədənli Abdullah ibn Məsud bu təklifi qəbul etdi. O Qüreyş başçılarını Kəbənin yaxınlığında görüb ayələri oxumağa başladı. Əbu Cəhl ona bir sillə vurdu ki, qulağından qan gəldi. Abdullah ağır bir vəziyyətdə Peyğəmbərin (s) yanına döndü. Bu hadisə Peyğəmbəri qəmləndirdi. Bədr savaşında Abdullah ibn Məsud öldürülmüş müşriklərin arasında Əbu Cəhli gördü. Onun sinəsinə çökdü. Əbu Cəhl dedi: “Bilirsənmi harada oturmusan? Peyğəmbərə (s) de ki, hətta bu vəziyyətdə mənim üçün ən qəzəbə gəlmiş adam o özüdür.” Həzrət buyurdu: “Musanın Fironu ömrünün son anlarında iman gətirdi. Amma mənim fironum (Əbu Cəhl) hətta son anda islah olmadı.” İbn Məsud Əbu Cəhlin başını bədənindən ayırıb saçından yapışdı və Peyğəmbərin (s) yanına gətirdi. “Lənəsfəən bin naziyə” ayəsi Əbu Cəhl üçün dünyada kerçəkləşdi.1 (Qeyd)

◘“Nadi” sözü ya ümumi, ya da əyləncə üçün nəzərdə tutulmuş məclis mənasını bildirir.

◘“Zəbinə” sözünün cəm forması olan “zəbaniyə” sözü məmurlar mənasını bildirir.

◘Həzrət Əli (ə) buyurur: “Elmin bəhrəsi Allaha bəndəlikdir.” Hazırkı surənin başlanğıcında oxumaq əmri verildi, sonunda səcdə qılmaq əmr olundu. Bəli, insanı Allaha yaxınlaşdıran elm faydalıdır. İnsanın Allaha yaxınlaşması ilə nəticələnən bütün işlər faydalıdır. Amma yaxınlıq üçün ən üstün əməl səcdədir.

◘Bu kiçik surədə “kəlla” sözü üç dəfə təkrarlanmışdır. Yersiz düşüncələrdən çəkinmək dəfələrlə vurğulanır.

◘İmam Riza (ə) hazırkı surənin son ayəsinə sitinad edərək buyurur: “İnsanın Allaha ən yaxın vəziyyəti səcdə vəziyyətidir.”2 (Qeyd)


Bildirişlər
1. Tövbə yolu hamının üzünə açıqdır. Tövbə edib əyri yoldan çəkinməyənlər cəzalanasıdır.

2. Sitəmkarları hədələmək zəruridir.

3. Yalan başqa xətalara yol açır.

4. Məxfi məclislər müxaliflərin əməldə hərəkəti üçün dayaqdır.

5. Peyğəmbərlərin (s) müxalifləri mütəşəkkil olsalar da, əllərindən bir iş gəlmirdi.

6. Torpaq atanın cəzası daşdır.

7. Allahın qüdrəti azğınların bütün qurğularını puça çıxarar.

8. Başqalarının qadağaları qarşısında ibadətləri israrla davam etdirin.

9. Öncə zülmə etiraz, sonra ibadət.

10. Allaha yaxınlaşmaq üçün ən üstün vasitə səcdədir.


QƏDR” SURƏSİ

Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   295   296   297   298   299   300   301   302   ...   348




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin