Nur təFSİRİ



Yüklə 1,72 Mb.
səhifə301/348
tarix06.01.2022
ölçüsü1,72 Mb.
#112037
1   ...   297   298   299   300   301   302   303   304   ...   348
بِسْمِ ٱللهِ الرَّحْمنِ ٱلرَّحِيمِ

"Rəhman və Rəhim Allahın adı ilə"
Ayə 1:

﴿إِنَّا أَنزَلْنَاهُ فِي لَيْلَةِ الْقَدْرِ﴾

Həqiqətən, biz Quranı qədr gecəsində nazil etdik.”


Nöqtələr
◘Allah-taala varlıq aləmindəki işləri mələklər vasitəsi ilə həyata keçirir. Bu səbəbdən də Quranın bir sıra ayələrində Allaha aid işlər cəmə aid edilir. Necə ki, hazırkı surənin başlanğıcında buyurulur ki, Quranı biz nazil etdik.

◘Təfsirçilərin nəzərincə3(Qeyd) Quran iki dəfə nazil olmuşdur. Birinci dəfə qədr gecəsi tam şəkildə, ikinci dəfə 23 il müddətində tədricən. Bu səmavi kitabın nazil olması haqqında Quranın da təbirləri iki qisimdir. Bəzi ayələrdə “ənzəlna”, bəzi ayələrdə “nəzzəlna” sözü işlədilmişdir. Birinci halda Quranın bir dəfəyə, ikinci halda tədricən nazil olduğu vurğulanır.

◘Hazırkı surənin 1-ci ayəsini “Bəqərə” surəsinin 185-ci ayəsi ilə yanaşı nəzərdən keçirdikdə məlum olur ki, qədr gecəsi ramazan ayına təsadüf edir. Amma ramzan ayının məhz hansı gecəsinin qədr gecəsi olduğu açıq şəkildə bildirilmir. Rəvayətlərdə də üç gecədən birinin qədr gecəsi olduğu ehtimal edilir. İmam Sadiq (ə) qədr gecəsi ilə bağlı suala belə cavab verir: “Qədr” gecəsini ramazan ayının 19-cu, 21-ci, 23-cü gecələri arasında axtarın.”1 (Qeyd) Sünnə əhli elə düşünür ki, ramazan ayının 27-ci gecəsi qədr gecəsidir.
Bildirişlər
1. Qədr gecəsi Allaha təşəkkür gecəsidir. Çünki həmin gecə Allahın ən böyük neməti, Quran nazil olmuşdur.

2. Qab və ona süzülən içki bir-birinə münasib olmalıdır. Ən üstün kitab ən üstün gecədə ən üstün şəxsə nazil olur.



Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   297   298   299   300   301   302   303   304   ...   348




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin