Nur təFSİRİ


Ayə 2, 3: ﴿وَمَا أَدْرَاكَ مَا لَيْلَةُ الْقَدْرِ﴾﴿لَيْلَةُ الْقَدْرِ خَيْرٌ مِّنْ أَلْفِ شَهْرٍ﴾



Yüklə 1,72 Mb.
səhifə302/348
tarix06.01.2022
ölçüsü1,72 Mb.
#112037
1   ...   298   299   300   301   302   303   304   305   ...   348
Ayə 2, 3:

﴿وَمَا أَدْرَاكَ مَا لَيْلَةُ الْقَدْرِ﴾﴿لَيْلَةُ الْقَدْرِ خَيْرٌ مِّنْ أَلْفِ شَهْرٍ﴾

Sən nə bilirsən ki, qədr gecəsi nədir? Qədr gecəsi min aydan üstündür.”


Nöqtələr
◘“Qədr” sözü Quranda bir neçə mənada işlədilmişdir:

a) Məqam; Quranda buyurulur ki, Allahın məqamı lazımınca tanınmadı.2 (Qeyd)

b) Müqəddərat, tale; Quranda buyurulur ki, ey Musa, sən təqdir əsasında gəlmisən.3 (Qeyd)

c) Çətinlik və sıxıntı; Ayələrdə buyurulur ki, elə bir şəxs ki ruzisi sıxıntı və çətinlikdədir...4 (Qeyd)

Qədir gecəsi ilə bağlı “qədr” sözü həm məqam, həm də tale mənasında tərcümə edilə bilər.

◘Varlığın hesab-kitabı, qədəri, ölçüsü var.5 (Qeyd) Bəli, nə varsa onun xəzinəsi Allahın yanındadır. Allah yalnız miqdarı təyin edib göndərir. Hətta buludlardan yağan yağışın da hesabı var.6 (Qeyd) Təkcə yağış yox, hər şey ölçü ilədir.7 (Qeyd)Hətta günəş və ayın həcmi, çəkisi, hərəkət orbiti dəqiq müəyyənləşmişdir.8 (Qeyd)

◘Allah-taala qədr gecəsində növbəti bir ildəki işləri müəyyənləşdirir. Digər bir ayədə buyurulur: “Həmin gecə hər bir mühüm iş müəyyənləşir.9 (Qeyd) Demək, qədr gecəsi təkcə Quranın nazil olduğu gecə deyil. Bu gecəni təkcə Peyğəmbər (s) dövrünə aid etmək olmaz. Hər ramazan ayında qədr gecəsi var. Növbəti ildəki işlər müəyyənləşir, dəqiqləşdirilir.

◘Qədr gecəsini oyaq qalmaq, dua və namaza, Quran tilavətinə məşğul olmaq Peyğəmbər (s) və Əhli-beyt (ə) tərəfindən tövsiyə olunur. Qeyd olunmuş üç gecə arasında 23-cü gecənin qədr gecəsi olma ehtimalı daha çoxdur. Bir şəxs Peyğəmbərə belə ərz edir: “Mənim mənzilim Mədinədən uzaqdadır. Mənə bir gecə de ki həmin gecə şəhərə gələ bilim.” Həzrət (s) buyurur: “23-cü gecə Mədinəyə daxil ol.”1 (Qeyd)

İmam Sadiq (ə) xəstələnmişdi. Onun ramazan ayının 23-cü gecəsi məscidə aparmaq istədilər.2 (Qeyd) Xanım Fatimə (s.ə.) həmin gecə uşaqların üzünə su çiləyərdi ki, yatmasınlar.3 (Qeyd)

Rəvayətdə bildirilir ki, həzrət Peyğəmbər (s) ramazan ayının son 10 gününü yatağını yığar və oyaq qalardı.4 (Qeyd)

◘Həzrət Peyğəmbərdən (s) nəql olunmuş müfəssəl bir hədisdə bildirilir ki, həzrət Musa Allaha belə ərz etdi: “Pərvərdigara, Sənə yaxın məqam istəyirəm.” Cavab gəldi ki, “Mənə yaxınlıq qədr gecəsini oyaq qalmaqdadır.” Musa ərz etdi ki, Səndən mərhəmət istəyirəm. Cavab gəldi ki, “Mənim rəhmətim qədr gecəsi miskinlərə əlı tutmaqdadır. Musa dedi ki, Pərvərdigara, sirat körpüsündən keçmək üçün rüsxət istəyirəm. Cavab gəldi ki, “Qədr gecəsində sədəqə vermək siratdan ötüb keçmək rəmzidir. Musa ərz etdi ki, Səndən behişt və behişt nemətləri istəyirəm. Cavab gəldi ki, “Behişt nemətləri qədr gecəsi təsbih söyləməkdən asılıdır.” Musa dedi ki, cəhənnəm odundan qurtulmaq istəyirəm. Cavab gəldi ki, “Cəhənnəm odundan qurtuluş rəmzi qədr gecəsi istğfar etməkdir.” Sonda Musa ərz etdi: “Pərvərdigara, Sənin razılığın sorağındayam.” Cavab gəldi ki, “Qədr gecəsi namaz qılanlar mənim razılığıma çatar.”5 (Qeyd)

◘Maraqlı tarixi hadisələrdən biri həzrət Əlinin (ə) məhz qədr gecəsi ibadət mehrabında namaz halında vurulmasıdır. Bəli, Allahın şərəfli məxluqu şərəfli yerdə, şərəfli zamanda, şərəfli bir halda şəhid oldu.

◘Mənəvi məsələlərdə gecənin bir sıra mənəvi səciyyələri var: Allah həzrət Musaya Tövratı vermək üçün onu gecə vaxtı minacata çağırdı6(Qeyd); Quran istiğfar üçün sübh vaxtını daha münasib bilir7(Qeyd); Peyğəmbər (s) gecə vaxtı səmaya merac etdi8(Qeyd); Peyğəmbərə (s) gecə vaxtı minacat və ibadət tapşırılmışdı9(Qeyd); Allah abidlərdən gecə vaxtı sitayiş istəyir10(Qeyd); gecə vaxtı təsbih söyləmək sifariş olunur.11 (Qeyd)

Allah-taala Qurani-kərimdə gün doğan vaxta, günortadan sonrakı əsr vaxtına bir dəfə and içdiyi halda, gecənin sonu olan səhər çağına üç dəfə and içir.12 (Qeyd)

◘Qədr gecəsi yer kürəsinin kamil bir gecəsi olaraq 24 saat davam edir. Qədr gecəsi bir məkana aid deyil ki, günün yarı hissəsi qədər uzansın. Məsələn, fitr bayramı günü dedikdə 24 saatdan ibarət yer kürəsini əhatə edən kamil bir gün nəzərdə tutulur. Qədr gecəsi dedikdə məsələn, 8 saatlıq bir gecə nəzərdə tutulsaydı yer kürəsinin bir çox nöqtələrindəki insanlar bu gecənin fəzilətindən məhrum olardılar. Amma bu gecə 24 saat davam edir və hamı ondan bəhrələnmə imkanına malikdir.

◘Bəşər taleyinin müəyyənləşdiyi gecənin Quranın nazil olduğu gecəyə uyğunluğu bu taleyin Qurana bağlılığına işarə ola bilər. İnsan Qurana yaxın olarsa səadətə çatar, Qurandan uzaq düşərsə bədbəxt olar.

◘Əbuzər deyir: “Peyğəmbərə (s) ərz etdim ki, qədr gecəsi peyğəmbərlərin öhdəsinə idimi? Həmin gecə əmr onlaramı nazil olurdu? Onlar dünyadan gedəndən sonra qədr gecəsi nazil olanlar kəsildimi? Həzrət mənə belə cavab verdi: “Qədr gecəsi qiyamətədək davam edər.”1 (Qeyd)

◘Qədr gecəsinin müəyyən həddə gizli qalmasının səbəbi bu pıa bilər ki, insanlar müxtəlif gecələrdə ibadətə məşğul olsunlar. Bu halda bir gecə oyaq qalan lovğalana bilmir, bir gecəni ötürən üçün o biri gecələr oyaq qalmaq imkanı yaranır.

◘Rəvayətdə bildirilir ki, qədr gecəsi görülən xeyir iş min il davam edən xeyir işdən üstündür.2 (Qeyd)


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   298   299   300   301   302   303   304   305   ...   348




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin