(98-Cİ SURƏ; 8 AYƏ)
OTUZUNCU CÜZ
“BƏYYİNƏ” SURƏSİNİN SİMASI
Bu surə Mədinədə nazil olmuşdur, 8 ayədən ibarətdir.
Surənin adı onun 1-ci ayəsindən götürülmüşdür. “Bəyyinə” dedikdə aydın dəlil mənası nəzərdə tutulur.
Surədə kitab əhli ilə mübahisələrdən danışılır. Namaz və zəkat haqqında bəyanatlar da surənin əsas mövzularındandır. Bu mövzular Məkkədə açıqlansa da Mədinədə rəsmiləşmişdir.
“Bəyyinə” surəsində Peyğəmbərin (s) risalətinin bütün yer üzünə aid olduğu bildirilir. Bu yönümdə aydın dəlillər, bəzilərinin maddi mənafelərə xatir bu həqiqətə arxa çevirdiyi bildirilir.
Həzrət Peyğəmbər (s) buyurur: “İnsanlar bu surədə hansı bərəkətlərin olduğunu bilsəydilər, ailə-övladlarını, var-dövlətlərini qoyub onu öyrənməyə çalışardılar.” Həzrət buyurur ki, yaxın mələklər səmalar və yer yaranan gündən bu surənin tilavətini dayandırmamışlar. Həzrət qeyd edir ki, gecələr bu surəni oxuyan insana mələk ayrılar və həmin mələk insanın dinini və dünyasını hifz edər.
Dostları ilə paylaş: |