Nur təFSİRİ



Yüklə 1,72 Mb.
səhifə309/348
tarix06.01.2022
ölçüsü1,72 Mb.
#112037
1   ...   305   306   307   308   309   310   311   312   ...   348
﴿جَزَاؤُهُمْ عِندَ رَبِّهِمْ جَنَّاتُ عَدْنٍ تَجْرِي مِن تَحْتِهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا أَبَدًا رَّضِيَ اللَّهُ عَنْهُمْ وَرَضُوا عَنْهُ ذَلِكَ لِمَنْ خَشِيَ رَبَّهُ﴾

Həmin dəstənin öz Rəbbi yanında mükafatı altından çaylar axan əbədi bağlardır. Onlar behiştdə həmişəlikdirlər. Allah onlardan razıdır, onlar da Allahdan. Bu məqam Rəbbindən qorxan kəsə məxsus məqamdır.”


Nöqtələr
◘Ötən ayələrdə cəhənnəm əhlinin orada əbədi qalacağı bildirilirdi. Bu ayədə isə behişt əhlinin behiştdə əbədi qalacağı qeyd edilir. Belə bir bəyanat Allahın mərhəmət nişanəsidir.

◘“Xəşiyət” dedikdə əzəmət qarşısında yaşanan qorxu nəzərdə tutulur.

◘Ayədə buyurulur ki, behişt qorxan insanlara məxsusdur. Digər ayədə qeyd olunur ki, yalnız alimlər qorxar.1 (Qeyd) Demək, behişt alimlərə məxsusdur. Bunu da bilirik ki, behişt əhli olmayan alimlər var. Çünki həqiqəti bildikdən sonra doğru yoldan çıxanlar cəhənnəmdə çoxluq təşkil edir. Eləcə də, cəhənnəm əhli təkcə savadsızlardan təşkil olunmamışdır. Demək, elm dedikdə insanın əldə etdiyi elmi məlumatlar yox, onun qəlbini nurlandıran təbii və ilahi düşüncə nəzərdə tutulur.
Bildirişlər
1. Cisim üçün altından çaylar axan bağlar, ruh üçün Allahın razılığı behiştdir.

2. Allah qorxusu ilahi göstərişlərə əməl üçün mühüm amildir.

3. Möminlərin behiştdə əbədi qalacağı şübhəsizdir.
ZƏLZƏLƏ” SURƏSİ


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   305   306   307   308   309   310   311   312   ...   348




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin