Nöqtələr
◘“Əsqaləha” dedikdə qiyamət günü torpağın bayıra atdığı ölülər nəzərdə tutulur. Digər ayələr də bu mənanı təsdiqləyir.2 (Qeyd)
◘İnsanlar qiyamətdə pərakəndə vəziyyətdə olar.3 (Qeyd) İnsanların pərakəndəliyinin səbəbi ya hərənin öz rəhbərinin yanında olması, ya da yaxşıların pislərdən seçilməsidir.
◘Qiyamət günü Allahın irdəsi ilə cansız cisimlər də dilə gələr. İnsanın bədən üzvləri onun ziddinə şəhadət verər.1 (Qeyd)
◘Rəvayətlərdə bildirilir ki, ayrı-ayrı yerlərdə namaz qılın. Çünki namaz qılınan yer qiyamətdə insan üçün şahiddir.2 (Qeyd)
Rəvayətlərdə tövsiyə olunur ki, müxtəlif yerlərdə azan söyləyin. Çünki azan səsini eşidən hər daş və torpaq qiyamətdə şahiddir.
◘Həzrət Əli (ə) beytul-malı böldükdən sonra iki rəkət namaz qılar və yerə üz tutub deyərdi: ey yer şahid ol ki, mən səni haqq əsasında beytul malla doldurub, haqq əsasında boşaltdım.
◘Rəvayətlərdə bildirilir ki, yer bu şəkildə xəbər verər: “Filankəs filan yerdə filan vaxt mənim üzərimdə filan işi gördü.”3 (Qeyd)
◘“Misqal” sözü “səqil” sözündən olub ağır mizan mənasını bildirir. “Zərrə” dedikdə ya ən kiçik qarışqa, ya havaya səpilmiş zərrələr nəzərdə tutulur. Bəli, bu gün atoma da zərrə deyilir. Hər halda ayədə ən kiçik şey nəzərdə tutulmuşdur.
◘Rəvayətdə bildirilir ki, bir ərəb məscidə daxil olub Peyğəmbərə (s) söylədi: “Allahın sənə öyrətdiyindən mənə öyrət!” Həzrət bir şəxsə tapşırdı ki, həmin ərəbə Quran öyrətsin. Müəllim onun üçün “Zəlzələ” surəsini oxudu. Elə ki son ayələrə çatdı, ərəb dedi: “Mənə bəs etdi.” Kişi məclisi tərk etdikdən sonra Peyğəmbər (s) onun agah şəxs olduğunu vurğuladı.4 (Qeyd)
◘”Loğman” surəsində həzrət Loğman öz övladına buyurur: “Əgər xardal ağırlıqda xeyir və ya pis iş görsən, bu iş daşın köksündə, səma qatında və ya yerdə olsa da Allah onu qiyamətdə hesaba gətirər.”5 (Qeyd)
◘Yerin qiyamətdəki şəhadəti onun insanın əməllərini dərk etdiyini göstərir. Yer həmin gün Allahın əmri ilə dilə gəlir.
◘Cənab ağa Həssan öz divanında “Zilzal” surəsini belə nəzmə çəkmişdir:
Həmin bu yer bəla dolu bir zaman
Silkələnib coşar sanki bir kaman.
Çıxarar bayıra içində nə var,
İnsan təəccübdən yerində donar.
Ölülər qalxarlar bir nəfər kimi,
Hər kəs baxıb görər öz əməlini.
Zərrə xeyiri olan çatar xeyirə,
Zərrə şəri olan yetişər şərə.
Yerin özünə məxsus titrəyişlə lərzəyə gəlməsi həm zəlzələnin əzəmətini, həm də onun əhatəsini göstərir. “Həcc” surəsinin ilk ayəsində də həmin zəlzələnin əzəmətindən danışılırdı. “Nəhcül bəlağənin” 157-ci xütbəsində deyilir: “Ey Allahın bəndələri! Qorxan bütün əməllərinizin araşdırılacağı, zəlzələlərin artacağı, uşaqların (üzüntü və dəhşətdən) qocalacağı gündən.”
Bildirişlər
1. Qiyamət astanasında böyük zəlzələlərin baş verəcəyi labüd bir gerçəklikdir.
2. Məad cismanidir. (Qiyamətdə insanların əvvəllər torpağa dəfn olunmuş cismi bayıra çıxarılır)
3. Qiyamət heyrət günüdür.
4. Varlıq aləminin şüuru var.
5. Yer qiyamət şahidlərindəndir.
6. Qiyamətdə istənilən bir inkar üçün yol bağlıdır.
7. İlahi ədalət məhkəməsində bütün insanlar bərabərdir.
8. İnsan əməlləri əsasında mükafatlandırılır və ya cəzalandırılır.
9. Əməl nə qədər kiçik olsa da, hesaba alınır. Bu səbəbdən də nə günahlarınızı, nə də ibadətlərinizi kiçik sayın.
10. Həmin gün əməlləri müşahidə etmək özü bir əzab və ya ləzzətdir.
“ADİYAT” SURƏSİ
Dostları ilə paylaş: |