1. “(Var-dövlət, övladlara görə) Çoxluqla öyünmək sizin başınızı qatdı”; 2. “O vaxta qədər ki, qəbirləri ziyarət etdiniz”; 3. “Belə deyil! Tezliklə başa düşəcəksiniz”; 4. “Yox, belə deyil! Gələcəkdə biləcəksiniz”; 5. “Belə deyil! Əgər (axirətlə bağlı) yəqin bir elminiz olsaydı”; 6. “Hökmən, cəhənnəmi görərdiniz”; 7. “Sonra onu öz gözünüzlə görərdiniz”; 8. “Həmin gün nemətlər haqqında sorğuya çəkilərsiniz.” Nöqtələr ◘“Təkasur” sözü “kəsrət” sözündən olub çoxluq istəyi, çoxluqla öyünmə mənasını bildirir.