Nur təFSİRİ



Yüklə 1,72 Mb.
səhifə323/348
tarix06.01.2022
ölçüsü1,72 Mb.
#112037
1   ...   319   320   321   322   323   324   325   326   ...   348
Dünya bazarı
Quran ayələrinə xülasə bir baxış belə bir təsəvvür yaradır ki, dünya bazara bənzəyir. Bu bazarda insanlar öz ömürlərini, qüvvələrini, istedadlarını satışa çıxarmışlar. Bu bazarda olanını satmaq məcburidir. Həzrət Əli (ə) buyurur: “İnsanın çəkdiyi nəfəs ölümə doğru bir addımdır.”4 (Qeyd) Demək, insan məcburi şəkildə hər an ömür sərmayəsini əldən çıxarır. İnsan bu zərərin qarşısını almaqda acizdir. İstəsək də, istəməsək də gücümüz və vaxtımız azalır. Bu bazarda ən mühümü sərfəli müştəri tapmaqdır. Bir qrup insan müamilə üçün Allahı özünə tərəf seçir. Bütün olanlarını ona təqdim edir. Öz dünyasını behiştə, Allahın razılığına satır. Belələri sonda razı qalır. Çünki onların müştəri varlıq aləminin sahibi olan Allahdır. Digər bir tərəfdən Allah dəyərsiz şeyləri də alır.5 (Qeyd)Allah hər şeyi baha, behişt qiymətinə alır.6 (Qeyd)Allah xeyir iş görmək istəyən, amma bu işi başa vura bilməyənlərin də mükafatını verir.7 (Qeyd)Allah qiyməti bir neçə qat artıq ödəyir.8 (Qeyd) Quranın buyuruğuna əsasən insana 700 qat artığadək ödənir. Bir buğda dəni infaqdan 7 şaxə qalxır, hər şaxədə 100 dən olur.

Amma dünya bazarında ömrünü nəfs istəklərinə və başqalarına satanlar ağır zərərə düşürlər. Quran belələrini müxtəlif təbirlərlə yad edir. Onlar pis ticarətə qatılmışlar9(Qeyd); ticarətlərinin faydası yoxdur10(Qeyd); onlar zərər etmişlər11(Qeyd); onların zərəri aşkardır12; onlar zərərə qərq olmuşlar13(Qeyd).

Nəfs istəyi ilə mümailə yolunu seçənlərin nəzərincə, halal-harama baxmadan özünə rifahlı həyat qurmağı bacaran adamlar zirəkdir. Belələri şan-şöhrətdən uzaq, vəzifəsiz, yoxsul insanı bədbəxt sayırlar. İslamda isə nəfsi ilə hesab çəkənlər zirək sayılır. Belələri əbədi bir həyat üçün çalışır. Sabahları bu günlərindən üstündür. Onlar ölümdən qəflətdə deyillər. Hərislik və zülm əvəzinə təqva, qənaət və ədalət sorağınca gedirlər.

◘İmam Hadi (ə) buyurur: “Dünya kimlərinsə xeyir, kimlərinsə zərər gördüyü bazardır.”1 (Qeyd)


Bildirişlər
1. Bəşər tarixi dəyərə malikdir və Allah bu dövrə and içir. Ondan ibrət götürək.

2. İnsan bütün cəhətlərdən zərərdədir.

3. Peyğəmbərlərin tərbiyəsi altında olmayanlar zərərdədir.

4. Onların zərərdən qorunmaq üçün yeganə yolu iman və saleh əməldir.

5. Təkcə özün haqqında düşünmək bəs etmir. Mömin təkamülü, haqqa doğru hərəkətə çalışmalıdır.

6. Haqqa çağırış qədər səbrə çağırışa ehtiyac var.

7. İman əməldən önəmlidir. Bu səbəbdən insanın özünü islah etməsi cəmiyyəti islah etməsindən öndə gəlir.

8. İman və əməldən, başqalarını haqqa və səbrə çağırışdan uzaq insan böyük ziyandadır.

9. Haqqın bərpasında sabitqədəmliyə ehtiyac var.

10. Bütün insanlar yaxşılığa çağırış və pisliyə qadağa vəzifəsinə əməl etdikdə cəmiyyət islah olur. İnsan həm nəsihət verilməli, həm də nəsihəti qəbul etməlidir.

11. İnsan o zaman zərərdən qurtulur ki, sona çatdıra bilməsə də xeyir işlər sorağınca olsun.

12. İman bir tərəfli yox, əhatəli olmalıdır. Bəzi ayələrə yox, bütün Qurana, bütün dini hökmlərə inanmaq zəruridir.


HUMƏZƏ” SURƏSİ

Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   319   320   321   322   323   324   325   326   ...   348




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin