Nur təFSİRİ



Yüklə 1,72 Mb.
səhifə325/348
tarix06.01.2022
ölçüsü1,72 Mb.
#112037
1   ...   321   322   323   324   325   326   327   328   ...   348
(105-Cİ SURƏ; 5 AYƏ)
OTUZUNCU CÜZ
FİL” SURƏSİNİN SİMASI
“Fil” surəsi Məkkədə nazil olmuşdur, 5 ayədən ibarətdir.

Surənin adı onun əsas məzmunundan götürülmüşdür. Surədə zalım Əbrəhənin Məkkəyə qoşun çəkməsindən danışlır. Onların acı aqibəti kafir və müşriklərə ibrət göstərilir.

İmam Sadiq (ə) buyurur: “Vacib namazlarda “Fil” surəsini oxuyan kəs üçün qiyamətdə dağlar, yer və dərələr şəhadət verər və bildirərlər ki, bu şəxs namazqılanlardandır ...”
بِسْمِ ٱللهِ الرَّحْمنِ ٱلرَّحِيمِ

"Rəhman və Rəhim Allahın adı ilə"
Ayə 1, 2, 3, 4, 5:

﴿أَلَمْ تَرَ كَيْفَ فَعَلَ رَبُّكَ بِأَصْحَابِ الْفِيلِ﴾﴿أَلَمْ يَجْعَلْ كَيْدَهُمْ فِي تَضْلِيلٍ﴾﴿وَأَرْسَلَ عَلَيْهِمْ طَيْرًا أَبَابِيلَ﴾﴿تَرْمِيهِم بِحِجَارَةٍ مِّن سِجِّيلٍ﴾﴿فَجَعَلَهُمْ كَعَصْفٍ مَّأْكُولٍ﴾

Görmədinmi ki, sənin Rəbbin fil səhabələrinə nə etdi? Onların hiyləsini boşa çıxarmadımı? Allah onların üzərinə dəstə-dəstə quşlar göndərdi; bu quşlar onların başına möhkəm gildən daş yağdırdılar; Allah onları xırdalanmış saman halına saldı.”


Nöqtələr
◘Xalq arasında “əbabil” dedikdə hansısa quş nəzərdə tutulur. Əslində bu söz dəstə-dəstə mənasını bildirir. “Təyrən əbabil” dedikdə dəstə-dəstə quşların pərakəndə şəkildə axışması nəzərdə tutulur. “Təyrən” sözü quş yox, quş növünü bildirir.

◘Surənin nazil olması ilə bağlı bunları demək olar: Əbrəhə adlı bir padşah Yəməndə mərmərdən məbəd tikmişdi. O xalqa əmr etmişdi ki, bu məbədi ziyarət etsinlər. Bir ərəb bu məbədi təhqir etdi. Əbrəhə intiqam almaq üçün Məkkəyə üz tutub Kəbəni dağıtmaq qərarına gəldi.

Allah-taala dimdiyində daşlar tutmuş quşları Əbrəhə qoşununun üzərinə göndərdi. Quşlar qoşunun başına daş yağıdırdılar. Əbrəhənin qoşunu saman çöpü kimi xırdalanıb məhv oldu. Bu hadisənin baş verdiyi il “Amul-fil” adlanır. İslam Peyğəmbəri həmin il dünyaya göz açmışdır. (Bu hadisə şəmsi 1358-ci ildə İslam Respublikasına hücum etmiş Amerika aviasiyasının Təbəs çölündə tufana düşməsini xatırladır.)

◘Fil əshabı həm alçaldıldı, həm də məhv oldu. Onların heyvan yemi olan samana oxşadılması böyük təhqirdir.


Bildirişlər
1. Günahkarlara xəbərdarlıq üçün müşahidə ediləsi nümunələr göstərin. (Fil əshabı o qədər məşhur idi ki, bu mövzuda dəlil göstərməyə ehtiyac yox idi.)

2. Tarixi unutmayın.

3. Kəbə İslamdan öncə də müqəddəs olmuşdur. Müqəddəsliklərin təhqiri müqabilində cəza nəzərdə tutulur.

4. Allahın günahkarlara qəzəbi Onun rübubiyyət cilvələrindəndir.

5. Quşlar Allahın məmurlarıdır, onların şüuru var.

6. Düşmənin planlarından xəbər tutmaq, bu planları pozmaq zəruridir.

7. Düşmən öz hücumunda ən üstün hərbi vasitələrdən istifadə edir. Amma Allah kiçik quşlarla onları məğlubiyyətə uğradır.

8. Allahın düşmənləri nə qədər silahlansalar da acizdirlər.

9. Müqəddəsliklərin təhqiri müqabilində ən ağır cəzalar nəzərdə tutulur. (Öncəki azğın qövmlərin heç biri saman kimi ovulmamışdı.)

10. Möcüzənin həyata keçməsi üçün peyğəmbər və imamın olması zəruri deyil. Allah peyğəmbər və imamsız da möcüzə göstərir.


QÜREYŞ” SURƏSİ

Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   321   322   323   324   325   326   327   328   ...   348




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin