(108-Cİ SURƏ; 3 AYƏ)
OTUZUNCU CÜZ
“KƏVSƏR” SURƏSİNİN SİMASI
“Kəvsər” surəsi Məkkədə nazil olmuşdur, 3 ayədən ibarətdir. Bu surə Qurani-kərimin ən kiçik surəsidir. Surənin adı onun ilk ayəsindən götürülmüşdür. “Kəvsər” dedikdə çoxlu xeyir mənası nəzərdə tutulur.
Çoxsaylı şiə və sünni rəvayətlərinə əsasən As ibn Vail, Əmr Asın atası Məkkə müşriklərinin böyüklərindən idi. Peyğəmbərin (s) oğlan övladları dünyasını dəyişdikdən sonra həmin şəxs Peyğəmbərə (s) tənə edib, onu “əbtər”, yəni sonsuz adlandırdı.
Allah-taala öz Peyğəmbərinə (s) təsəlli və yersiz itdihamlara cavab üçün “kəvsər” surəsini nazil etdi. Bu surədə Peyğəmbərin (s) nəslinin və düşüncəsinin davamı haqqında xəbər verildi.
Rəvayətlərdə bildirilir ki, vacib və müstəhəb namazlarda bu surəni oxuyan kəs qiyamətdə kövsər hovuzundan sirab edilər.1 (Qeyd)
Dostları ilə paylaş: |