Nur təFSİRİ



Yüklə 1,72 Mb.
səhifə333/348
tarix06.01.2022
ölçüsü1,72 Mb.
#112037
1   ...   329   330   331   332   333   334   335   336   ...   348
Bildirişlər
1. Allah Öz vədlərinə əməl edir. “Zuha” surəsində Peyğəmbərə (s) bəxşiş vəd olunur.3 (Qeyd) Bu surədə isə həmin vədə əməl edildiyi bildirilir.

2. Övlad və nəsil Allahın hədiyyəsidir.

3. Tabeçilikdə olanlara diqqət və mərhəmət müdiriyyət və rəhbərlik şərtidir.

4. Nemətlər hətta Peyğəmbər (s) üçün məsuliyyət yaradır.

5. Quranda namaz, şükür səcdəsi tövsiyə edilir.

6. Nemət müqabilində dərhal təşəkkür etmək lazımdır.

7. Necə təşəkkür etməyi Allahdan öyrənək.

8. Nemətlər nazil olduqda, şadlıq vaxtı Allahı yaddan çıxarmayaq.

9. Kövsər müqabilində yalnız namaz təşəkkür sayıla bilər. Namaz ibadətlərin ən kamilidir. Bu ibadətdə həm qəlb, həm dil, həm də əzalar iştirak edir. Başa və ayaqlara çəkilən məsh insanın başdan ayağadək bəndə işarə olmasına işarədir. Namazda insan vücudunun ən yuxarı nöqtəsi olan alın gün uzunu 34 dəfə yerə qoyulur. Bu səcdələr təkəbbürün qarşısını almaq üçündür. Xanım Fatimə (s. ə.) öz məşhur xütbəsində buyurur: “Namazın fəlsəfə və dəlili ruhun təkəbbürdən paklanmasıdır.”

10. Dini göstərişlər ağıl və fitrətə uyğundur. Nemətlər müqabilində təşəkkür ağılın əmridir. Din də belə bir əmr verir.

11. Nemətləri Allah əta etdiyindən onun qarşısında təşəkkür edilməlidir.

12. Qurban kəsmək ilahi nemətlər müqabilində təşəkkür növüdür. (Qurbanlıqda məhrumlar da bəhrələnir)

13. Damı böyük olanın qarı da çoxdur. Kövsəri olan üçün qurbanlıq qoyun bəs etmir, ən böyük əhilləşmiş heyvan olan dəvə kəsilməlidir.

14. Allahla rabitə insanlarla rabitədən öndə gəlir.

15. Yalnız iman və ibadətlə müşayiət olunan infaq dəyərlidir.

16. Allahın nemətləri qarşısında şükür üçün insanlara əta etmək lazımdır.

17. Yalnız xalisanə, Allah üçün qılınan namaz dəyərlidir. Səxavətlə edilmiş infaqlar yüksək dəyərə malikdir.

18. Peyğəmbərin (s) düşmənləri və onların məktəbi uğursuzluğa məhkumdur.

19. Müqəddəsliklərin təhqirinin ağır cəzası var.

20. Hədə-qorxulardan və təhqirlərdən çəkinməyək. Allah öz tərəfdarlarını hifz edir.

21. Tələsik qərar çıxarmayaq. Təkcə rəqəmlərə və hesablara istinad etməyək Hər şey Allahın iradəsində asılıdır. Peyğəmbərin (s) oğlu dünyasını dəyişəndə cüssəli oğlanları olan düşmənlər onu sonsuz saydılar. Amma hər şey əksinə oldu.
KAFİRUN” SURƏSİ


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   329   330   331   332   333   334   335   336   ...   348




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin