Nur təFSİRİ


Məkkənin fəthi hadisəsinə bir baxış



Yüklə 1,72 Mb.
səhifə337/348
tarix06.01.2022
ölçüsü1,72 Mb.
#112037
1   ...   333   334   335   336   337   338   339   340   ...   348
Məkkənin fəthi hadisəsinə bir baxış
Hüdəybiyyə sülhündən sonra müşriklər sülh müqaviləsini pozduqlarından Peyğəmbər (s) qüvvə toplayıb Məkkəni fəth etdi. Müsəlmanlar Məkkənin bir neçə kilometrliyində düşərgə saldılar. Əbu Süfyan vəziyyəti öyrənmək üçün şəhərdən çıxdı. O Peyğəmbərin (s) əmisi ilə görüşdü. Peyğəmbərin (s) əmisi Abbas dedi: “Peyğəmbər 10 min döyüşçü ilə sizin sorağınıza gəlib.” Əbu Süfyan qorxdu və Abbasdan kömək istədi. Peyğəmbər (s) Abbasın xahişini qəbul etdi. O buyurdu: “Hər kəs məscidül-hərama sığınsa, Əbu Süfyanın evinə və ya öz evinə daxil olsa amandadır.”

Həzrət Peyğəmbər (s) əmisi Abbasa buyurdu: “Əbu Süfyanı Məkkə yoluna çıxar, Allah qoşununa tamaşa etsin. Əbu-Süfyan müsəlmanların hərbi təlimlərini görüb dəhşətə gəldi. O Abbasa dedi: “Qardaşın oğlunun səltənəti çox əzəmətlidir.” Abbas dedi: “Bu səltənət deyil, peyğəmbərlikdir. Sonra Abbas dedi: “Get Məkkə camaatının yanına, onları İslam qoşununun qarşısına çıxmaqdan çəkindir.”

Əbu Süfyan məscidül-hərama daxil oldu və camaata üz tutub dedi: “Məhəmməd (s) böyük bir cəmiyyətlə Məkkəyə daxil olur. Sizdə onunla qarşılaşmaq gücü yoxdur. Ya Məscidül-Hərama, ya da evinizə pənah aparın. İslamı qəbul edin ki, salamat qalasınız.”

Həzrət Peyğəmbər (s) Məkkəyə daxil oldu. Məkkədən məxviyanə çıxdığı günü xatırlayıb Allaha şükr olaraq səcdə etdi. Sonra “Fəth” surəsini oxuyub, Məscidül-Hərama daxil oldu. Müsəlmanlar onunla birlikdə təkbir deyirdilər. Peyğəmbər Kəbəyə yaxınlaşdı və bütləri sındırdı. Onun əli Kəbə üzərindəki böyük bütlərə çatmadığından Əliyə (ə) göstəriş verdi ki, ayağını Peyğəmbərin (s) çiyninə qoyub yuxarıdakı bütləri aşırsın. Sonra Kəbə halqasından tutdu və Məkkə əhlindən soruşdu: “Bu gün məndən nə gözləyirsiniz?” Hamı bir ağızdan “əfv” söylədi. Həzrətin (s) gözündə yaş göründü. Ətrafdakılar ağlamağa başladılar. Həzrət Peyğəmbər (s) Yusifin qardaşlarına buyuruğunu xatırladı.1 (Qeyd)Həzrət buyurdu: “Hamı azaddır.” Sonra “La ilahə illəllah ...” deyərək əlavə etdi: “Kimsə keçmişdə axıdılmış qanlardan, qarət olunmuş mallardan danışmasın. Keçmişdə baş verənlər keçmişdə qaldı. Hamı əfv edildi. Gedin yeni həyata başlayın!”


Bildirişlər
1. Yalnız Allahın yardımları sayəsində qələbə qazanılır.

2. Küfr və şirk başçılarının məhvi xalqın tövhid və təkallahlılığa gəlişi üçün zəmin yaratdı.

3. Müsəlmanlar başqalarının da İslama qatılması üçün çalışmalıdırlar.

4. Əgər maneələr aradan qalxsa, insanlar dəstə-dəstə iman gətirər.

5. Məkkənin fəthinədək insanlar tək-tək İslamı qəbul edirdisə, fəthdən sonra dəstə-dəstə axın başladı.

6. Qələbə sizi qürrələndirməsin. Nə var Allahdandır.

7. Allahı bütün eyblərdən pak bilmək onun nemətlərinə şükür, ona təşəkkürlə yanaşı olmalıdır.

8. Allaha təşəkkür, sitayiş və təsbih istiğfar və bağışlanma tələbi üçün müqəddimədir.

9. Qüdrətə çatan saleh insanlar qürrələnmir, ruhunu və canını Allah zikri ilə ətirləndirir.

10. Allah Onun dininə yardım edənləri tənha qoymaz.

11. İstənilən bir şəxs, hətta peyğəmbər təsbih və təmcid söyləsə də, sonda istiğfar etsin.

12. Tövbələri qəbul etmək Allahın sünnəsidir.


MƏSƏD” SURƏSİ

Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   333   334   335   336   337   338   339   340   ...   348




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin