Nur təFSİRİ



Yüklə 1,72 Mb.
səhifə339/348
tarix06.01.2022
ölçüsü1,72 Mb.
#112037
1   ...   335   336   337   338   339   340   341   342   ...   348
(112-Cİ SURƏ; 4 AYƏ)
OTUZUNCU CÜZ
İXLAS” SURƏSİNİN SİMASI
Kitab əhli və müşriklərdən bir qismi Peyğəmbərdən (s) istədilər ki, Allahı onlara tanıtdırsın. “İxlas” (“Tövhid”) surəsi Allahın təqdimatıdır. Həmin vaxt bu surə nazil oldu. Bildirildi ki, Allah oxşarsızdır, Onun şəriki yoxdur, O pak-pakizədir.

Surə tövhid əqidəsini ən xalis şəkildə bəyan etdiyindən “Tövhid” surəsi kimi də tanınır.

Surənin fəziləti ilə bağlı bir çox rəvayətlər nəql olunmuşdur:1 (Qeyd)

-Hər gün ən azı bir dəfə bu surəni namazlarınızda oxuyun, sonra deyin: “Kəzalikəllahu Rəbbi” yəni “Mənim Rəbbim belədir”.

-Bu surə əhəmiyyət baxımından Quranın üçdə birinə bərabərdir. Onu bir dəfə oxumaq Quranın üçdə birini oxumaq kimidir. Bu surəni üç dəfə oxuyan sanki bütün Quranı oxumuşdur.

-Həzrət Peyğəmbər (s) buyurur: “Tövhid” surəsi Əli ibn Əbu Talib (ə) kimidir. Hər kəs onu qəlbən sevsə imanın üçdə birini əldə etmişdir. Hər kəs onu qəlbən və dildə sevsə, imanın üçdə ikisini əldə etmişdir. Hər kəs onu qəlbdə, dildə və əməldə sevsə kamil imana sahib olmuşdur.”

-Bu surə namazın təqibatı kimi də tanınır. Rəvayətlərdə bildirilir ki, hər kəs namazdan sonra bu surənin tilavətini tərk etməsə Allah onu dünya və axirət xeyrinə çatdırar, onu, valideynlərini, övladlarını bağışlayar.

-İmam Səcad buyurur: “Allah bilirdi ki, axır dövrlərdə dəqiq və dərin düşünənlər gələcək. Bu səbəbdən də “Tövhid” surəsini və “Hədid surəsinin ilk 6 ayəsini nazil etdi.”

Bu surəni 6 tərəfə oxumaq insanı təhlükələrdən qoruyur.2 (Qeyd)


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   335   336   337   338   339   340   341   342   ...   348




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin