Ayə 11:
﴿مَآ أَصَابَ مِن مُّصِيبَةٍ إِلَّا بِإِذْنِ ٱللَّهِ وَمَن يُؤْمِن بِاللَّهِ يَهْدِ قَلْبَهُ وَٱللَّهُ بِكُلِّ شَيْءٍ عَلِيمٌ﴾
“Allahın izni olmadan kimsə üçün müsibət üz verməz. Allah ona iman gətirənin qəlbini (səbr və dözümlə) hidayət edər. Allah hər şeydən agahdır.”
Nöqtələr
◘Mömin insan Allahın elm, hikmət, və mərhəmətinə inandığından şübhə etmir ki, səbəbsiz yerə kimsə cəzalandırılmır.1 (Qeyd) Qarşıya çıxan çətinlik ya əməllərin cəzasıdır, ya da təkamül səbəbi.2 (Qeyd)
◘”İzn” sözü Quranda həm Allahın təbii izni (məsələn otların cücərməsi), həm də şəriət baxımından izn mənasını bildirir. Məsələn, məzlumlara özünü müdafiə icazəsi verilir.3 (Qeyd) Hazırkı ayədə təkvini, təbii izn nəzərdə tutulmuşdur. Yəni bütün hadisələr Allahın elm və iradəsi ilə baş verir və Allah hansısa hadisədən xəbərsiz deyil. İstər xeyir, istər şərə çatmaq üçün vasitələr müəyyənləşdirilmişdir. İnsan hansı vasitədən istifadə edirsə, həmin vasitəyə uyğun məqsədə çatır.
◘Qəlbin hidayəti möminlər üçün aramlıq səbəbidir. Quranda bildirilir ki, müsibətlə rastlaşdıqları vaxt “Allah tərəfindən, Allaha doğruyuq” deyənlər həqiqətən hidayət olmuşlardır.4 (Qeyd)
◘İman daxili bir haldır. İnsanın qəlbi hidayət olsa danışıq və əməlləri də hidayət olar.
Bildirişlər
1. Müsibətlər təsadüfi deyil, allahın izni ilə baş verir. Allah hadisələrə mane olmur.
2. İnsan müsibətlərə rastlaşdığı vaxt onun imanı Allahın rəhmət və hidayətini cəlb edir.
3. Allah-taala müsibətə düşmüş möminlərə çıxış yolu göstərir.
4. Allahın elm və iradəsinə inananlar hadisələr qarşısında səbirli olur, Allaha təvəkkül edirlər.
5. İnsan öz addım atmaqla ilahi lütflərə çatır.
6. Allah bizim addımlarımızın səmimi və ya riyakar olduğunu bilir.
7. Allahın izn və elmi ilə gerçəkləşən müsibətlərdə yalnız Onun özünə məlum olan bir sirr var.
8. İnsanın Allahın əhatəli elminə diqqəti müsibətlər qarşısında müqaviməti gücləndirir.
Dostları ilə paylaş: |