Nur təFSİRİ


﴿فَاتَّقُواْ ٱﷲَ مَا ٱسْتَطَعْتُمْ وَٱسْمَعُواْ وَأَطِيعُواْ وَأَنفِقُواْ خَيْراً لِّأَنفُسِكُمْ وَمَن يُوقَ شُحَّ نَفْسِهِ فَأُوْلَئِكَ هُمُ ٱلْمُفْلِحُونَ﴾



Yüklə 1,72 Mb.
səhifə44/348
tarix06.01.2022
ölçüsü1,72 Mb.
#112037
1   ...   40   41   42   43   44   45   46   47   ...   348
﴿فَاتَّقُواْ ٱﷲَ مَا ٱسْتَطَعْتُمْ وَٱسْمَعُواْ وَأَطِيعُواْ وَأَنفِقُواْ خَيْراً لِّأَنفُسِكُمْ وَمَن يُوقَ شُحَّ نَفْسِهِ فَأُوْلَئِكَ هُمُ ٱلْمُفْلِحُونَ﴾

Bacardığınız qədər Allah qarşısında təqvalı olun, Onu eşidin, Ona itaət edin, infaq ayırın. Bu sizin üçün daha yaxşıdır. Nəfsinin şərindən amanda qalanlar həmin nicat tapanlardır.”


Nöqtələr
◘”Yuq” dedikdə qorumaq, “şuxx” dedikdə nəfsə meyl mənaları anlaşılır.

◘Hədisdə nəql olunur ki, imam Sadiq (ə) daim “Pərvərdigara, məni nəfsimin pisliyindən qoru” deyə dua edərmiş. Ondan bu dua haqqında soruşulanda həzrət hazırkı ayəni oxuyur.1 (Qeyd)

İmam Sadiq (ə) buyurur ki, malının zəkatını ödəyən kəs nəfsinin xəsisliyindən xilas olmuşdur.2 (Qeyd)

◘Ali-İmran surəsinin 102-ci ayəsində oxuyuruq: “Allahdan haqqı qədər qorxun.” Bu ayədə isə insanın gücü çatan qədər Allahdan qorxması, təqvalı olması tapşırılır. Olsun ki, gücünüz çatan qədər dedikdə fərdi, ictimai, siyasi, iqtisadi sahələrdə təqvalı olmaq, haqqı çatan qədər dedikdə, təqvanın ali mərtəbəsi olan vər dərəcəsinə yiyələnmək nəzərdə tutulmuşdur.3 (Qeyd)

◘Ötən ayədə var-dövlət ilahi sınaq vasitəsi kimi tanıtdırıldı. Bu ayədə infaq və xəsislikdən uzaqlıq var-dövlətlə bağlı sınaqlardan qurtuluş vasitəsi kimi tanıtdırılır.

◘İnsan həm daxili düşməni olan nəfs istəkləri ilə mübarizədə, həm də xarici düşmənlərə qarşı müqavimətdə bütün gücünü işə salmalıdır.4 (Qeyd)


Bildirişlər
1. İlahi sınaqlardan müvəffəqiyyətlə çıxmaq üçün təqva təsirli vasitədir.

2. İslamda güc və imkandan yuxarı vəzifə yoxdur.

3. İlahi təqva dedikdə haqq sözü dinləmək, ona əməl etmək və yoxsullara əl tutmaq nəzərdə tutulur.

4. Əgər xeyir istəyirsinizsə, maneələri aradan qaldırın, Allah əmrini dinləyin və malınızdan yoxsullara verin.

5. İnsan təkcə cismini yox, həm də ruhunu pis əməl və sifətlərdən qorumalıdır.

6. Allah yolunda infaq qurtuluş vasitəsidir.

7. Var-dövlətə məhəbbət və xəsislik insanın nəfsinə hopmuşdur.
Ayə 17, 18:


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   348




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin