﴿إِن تُقْرِضُواْ ٱﷲَ قَرْضًا حَسَنًا يُضَاعِفْهُ لَكُمْ وَيَغْفِرْ لَكُمْ وَٱﷲُ شَكُورٌ حَلِيمٌ﴾﴿عَالِمُ ٱلْغَيْبِ وَٱلشَّهَادَةِ ٱلْعَزِيزُ ٱلْحَكِيمُ﴾
“Əgər Allaha borc, yaxşı bir borc versəniz, onu sizin üçün artırar, sizi bağışlayar. Allah qədr bilən və həlimdir.”
Nöqtələr
◘Qurani-kərimin müxtəlif ayələrində qərzül-həsənə, yəni Allah yolunda təmənnasız borc mövzüsuna toxunulur. Həmin mövzularla bağlı açıqlamalar da verilir. Təkrardan qaçmaq üçün deyilənlərlə kifayətlənirik.
◘Bütün varlıq aləmini yaratmış Allah öz verdiyi maldan yoxsullara pay ayrılmasını istəyir. Buyurur ki, başqalarına borc vermək Allaha borc verməkdir. Bu əməl müqabilində böyük mükafat vəd olunur. İnsan gözəl borc verməklə mənəvi baxımdan inkişaf edir, dünya əsarətindən çıxır. Məhrumlara yardım dünya məhəbbəti zindanından çıxıb Allaha doğru səfərlə nəticələnir. Bu yolla insanda səxavət və mərhəmət ruhu çiçəklənir. Əlbəttə ki, yalnız təmənnasız, dərhal, minnətsiz, ehtiramla, doğru yolda istifadə üçün verilən borc dəyərlidir. Borc elə bir miqdarda olmalıdır ki, problemin həlli üçün bəs etsin. Borc verən insan özünə qarşı ehtiram gözləməməli, özünü çəkməməlidir.
◘Qurani-kərimdə günahların bir neçə kəffarəsi qeyd olunur. Tövbə, namaz, cihad, eləcə də gözəl borc günahları yuya bilər.
Bildirişlər
1. Ya verdiyinizi bağışlayın, ya da gözəl borc verin.
2. Allahın məxluquna verilən borc Allaha verilmiş sayılır.
3. Nəfsi xəsislikdən qoruma yollarından biri də gözəl borcdur.
4. Borc alan şəxsi alçaltmayın. Çünki borc verərkən Allahla tərəf müqabili olmusunuz.
5. Gözəl borcun gözəl mükafatı var.
6. Borc verən, insanların problemlərini həll edən insan günahlarının bağışlanması üçün zəmin yaradır.
7. Xeyir işlərə təşviq üçün Allahın təyin etdiyi mükafatları və xeyir işin bərəkətlərini yada salın.
8. Allah-taala gözəl borc verənləri xoş sözlərlə yad edir, onlara təşəkkür bildirir. Borc alanlar da borc verənlərə təşəkkür etsinlər.
9. Allah-taala həlimdir. Əgər bizə gözəl borc verməsələr, biz də həlim və səbirli olaq.
10. Allah gizlindən də, aşkardan da eyni həddə xəbərdardır.
11. Güman etməyək ki, Allah bizim verdiyimiz borca ehtiyaclıdır.
12. Allahın bütün göstərişləri, təşviqləri və mükafatları hikmətamizidir.
“TƏLAQ” SURƏSİ
Dostları ilə paylaş: |