Nur təFSİRİ


İxtilaf və ayrılıq amilləri



Yüklə 1,72 Mb.
səhifə48/348
tarix06.01.2022
ölçüsü1,72 Mb.
#112037
1   ...   44   45   46   47   48   49   50   51   ...   348
İxtilaf və ayrılıq amilləri
1. Pis əxlaq

Boşanmanın əsas amillərindən biri qadın və ya kişinin qarşı tərəflə pis rəftarıdır. Həzrət Əli (ə) buyurur: “Əxlaqı pis insanın ailəsi əziyyət çəkəsidir.”4 (Qeyd)



2. Həvəsbazlıq

İslamda qadın və kişilərə tövsiyə olunur ki, naməhrəmə ləzzət məqsədi ilə baxmaqdan çəkinsinlər. Cəmiyyətdə qadınların örtünməsi, diqqəti cəlb etməməsi dini vəzifələrdəndir. İmam Sadiq (ə) buyurur: “Olsun ki qısa bir baxış uzun müddətli həsrət və peşimançılıqla müşayiət olunsun.”1 (Qeyd)

Rəvayətdə bildirilir ki, həzrət Davudun dövründə bir kişi bir qadına təcavüz etdi. Allah qadına ilham etdi ki, kişiyə belə desin: “Nə vaxt bir qadına təcavüz etsən başqa bir kişi də sənin arvadına təcavüz edəcək.” Həmin kişi evə qayıtdıqda arvadını başqa bir kişi ilə gördü. Kişini tutub həzrət Davudun yanına gətirdi və şikayət etdi. Allah-taala həzrət Davuda vəhy etdi ki, həmin şəxsə öz əməli ilə qarşılaşdığını bildirsin.2 (Qeyd)

3. Qadın və kişinin bir-birinin ehtiyaclarına diqqətsizliyi

Həzrət Peyğəmbər (s) buyurur: “Ərin öz arvadının yanında əyləşməsi Allah üçün onun məsciddə etikafından əzizdir.”3 (Qeyd)

İmam Sadiq (ə) buyurur: “Qadının özünə baxmaması, ailə həyatını şirinləşdirən gözəlliyə diqqətsizliyi yaxşı iş deyil.”4 (Qeyd)

Həsən ibn Cəhm deyir: imam Kazimi (ə) saçlarını səliqəyə salan vəziyyətdə gördüm. İmam mənim təəccüblə baxdığımı gördü və buyurdu: kişinin səliqəsi qadının iffətini artırır. Ərləri zahirən səliqəsiz olan kişilərin zövcələri iffətsizlik edir... Siz zövcələrinizin səliqəsizliyini, özünə diqqətsizliyini bəyənmədiyiniz kimi, onlar da bunu bəyənmir.”5 (Qeyd)



Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   348




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin