Nur təFSİRİ


Təlaqdan öncə ixtilafların həlli



Yüklə 1,72 Mb.
səhifə49/348
tarix06.01.2022
ölçüsü1,72 Mb.
#112037
1   ...   45   46   47   48   49   50   51   52   ...   348
Təlaqdan öncə ixtilafların həlli
1. Ailə məhkəməsi

İslamda tövsiyə olunur ki, ərlə arvad arasında ixtilaf yarananda hər iki tərəfdən canıyanan insanlar hakim seçilsin və həmin iki hakimin iştirakı ilə ixtilaflar araşdırılsın. Bu üsul tətbiq olunduqda bir çox ixtilaflar ilk addımda həll olunur, məsələ boşanma və məhkəməyə gedib çıxmır.6 (Qeyd)



2. İki ədalətli şahidin iştirakı

İslam hökmlərinə əsasən boşanmanın baş tutması üçün iki ədalətli şahidə ehtiyac var. Belə bir şərt çox vaxt boşanmanın qarşısını alır. Çünki adətən insanlar ailənin dağılmasında, boşanmada iştirak etmək istəmirlər. İkincisi, şahidlik üçün dəvət olunanlar barışığa çalışır.



3. İddə müddəti

Həqiqətən də iddə müddəti boşanmanı müəyyən müddət təxirə salır. İslamda kişilərə göstəriş verilir ki, boşadıqları qadını iddə müddəti başa çatanadək evlərində saxlasınlar, onların xərclərini ödəsinlər, onlarla xoş davransınlar. Təbii ki, bu müddət ərzində əsəblər sakitləşir, boşanmadan daşınmaq fikri yaranır. Boşanmaq qərarına gəlmiş çox insanlar iddə müddətində barışırlar.

İmam Baqir (ə) buyurur: “İddə müddətində olan qadın özünü bəzəsin, ətirlənsin, ərinin sevdiyi libasları geyinsin. Belə olduqda kişi daha düşüncəli addım atır və ailə həyatı yenidən bərpa olunur.”7 (Qeyd)


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   348




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin