﴿أَعَدَّ ٱللَّهُ لَهُمْ عَذَابًا شَدِيدًا فَاتَّقُواْ ٱللَّهَ يَآ أُوْلِي ٱلْأَلْبَابِ ٱلَّذِينَ ءَامَنُواْ قَدْ أَنزَلَ ٱللَّهُ إِلَيْكُمْ ذِكْرًا﴾
“Allah onlar üçün ağır əzab hazırlamışdır. Ey iman gətirmiş düşüncə sahibləri! Allahdan qorxun. Həqiqətən, Allah sizin üçün xəbərdarlıq vasitəsi göndərmişdir.”
Bildirişlər
1. Allahın ağır hesabının ağır əzab kimi sonu var.
2. İnsanı ağır əzabdan və hesabdan qoruyan təqvadır.
3. Ağıl və iman təqva səbəbidir.
4. Ağıl və iman bir-birindən ayrı deyil.
5. İnsanları ilahi vəzifələrin icrasına təşviq etmək üçün onların üstünlüklərini dilə gətirin.
6. Yalnız imanlı düşüncə sahibləri Allahın peyğəmbərini qəbul edir, onun nəsihətlərindən faydalanırlar.
7.Peyğəmbərlərin və səmavi kitabların göndərilməsində məqsəd insanlara xəbərdarlıq, onların qəflət yuxusundan oyadılmasıdır.
8. Ağıl və vəhy qurtuluş vasitələridir. Onlardan biri xaricdən, digəri daxildən yol göstərir.
Ayə 11:
﴿رَّسُولًا يَتْلُواْ عَلَيْكُمْ ءَايَاتِ ٱللَّهِ مُبَيِّنَاتٍ لِّيُخْرِجَ ٱلَّذِينَ ءَأمَنُواْ وَعَمِلُواْ ٱلصَّالِحَاتِ مِنَ ٱلظُّلُمَاتِ إِلَى ٱلنُّورِ وَمَن يُؤْمِن بِاللَّهِ وَيَعْمَلْ صَالِحًا يُدْخِلْهُ جَنَّاتٍ تَجْرِي مِن تَحْتِهَا ٱلْأَنْهَارُ خَالِدِينَ فِيهَآ أَبَدًا قَدْ أَحْسَنَ ٱللَّهُ لَهُ رِزْقًا﴾
“(Həmin xatırlatma vasitəsi) Allahın aydınladan ayələrini sizin üçün tilavət edən bir peyğəmbərdir. Belə ki, iman gətirib saleh işlər görənləri zülmətlərdən nura çıxarsın. Allaha iman gətirib, saleh işlər görən kəsləri Allah altından çaylar axan behiştlərə daxil edər. Orada əbədidirlər. Həqiqətən, Allah onlara gözəl ruzi vermişdir.”
Dostları ilə paylaş: |