Nöqtələr
◘Hidayət bir neçə amildən asılıdır: hidayət edən, hidayət olunan, hidayət vasitəsi, hidayətin məqsədi, hidayətin qəbulu müqabilində mükafat.
◘”Zikr” dedikdə həm Quran, həm də Peyğəmbər (s) nəzərdə tutulur.1 (Qeyd) İmam Baqir (ə) və imam Sadiq (ə) belə buyurmuşlar: “Bu ayədə zikr deyilərkən Allahın Rəsulu (s) nəzərdə tutulmuşdur.”2 (Qeyd)
◘İslam peyğəmbərinin (s) zövcəsi Ayişə onun haqqında belə deyir: “Peyğəmbərin karakteri bir parça Quran idi.”3 (Qeyd)
Bildirişlər
1. İnsan elə bir məqama çata bilər ki, vücudu başdan-başa Allah zikri olur.
2. Məktəb təklikdə bəs etmir, rəhbərə də ehtiyac var.
3. İnsanların zülmətlərdən nura çıxarılması üçün ən yaxşı yol ilahi ayələrin bəyanı, qarşı tərəfə çatdırılmasıdır.
4. Dəvət aydın və şəffaf olmalıdır. “Mubin” sözü Quranda 100 dəfədən çox işlədilmişdir.4 (Qeyd)
5. Şirk və küfrün müxtəlif yolları var. Haqq yol isə birdir.
6. Peyğəmbərlərin məqsədi bəşəriyyətin qurtuluşudur.
7. İnsanların zülmətlərdən çıxarılması əslində Allahın işidir.2 (Qeyd) Amma bu iş peyğəmbərlər vasitəsi ilə həyata keçir.
8. Peyğəmbərlərin məqsədi insanları zülmətlərdən nura çıxarmaq olsa da, bu məqsəd yalnız möminlərə münasibətdə gerçəkləşir.3 (Qeyd)
9. İnsan hətta iman və saleh əməldən sonra zülmətdə qalır və bu istiqamətdə yardıma möhtacdır.
10. İman və əməl daim yanaşıdır.
11. Təşviq və xəbərdarlıq orta həddə olmalıdır.
Ayə 12:
﴿ٱللَّهُ ٱلَّذِي خَلَقَ سَبْعَ سَمَاوَاتٍ وَمِنَ ٱلْأَرْضِ مِثْلَهُنَّ يَتَنَزَّلُ ٱلْأَمْرُ بَيْنَهُنَّ لِتَعْلَمُواْ أَنَّ ٱللَّهَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ وَأَنَّ ٱللَّهَ قَدْ أَحَاطَ بِكُلِّ شَيْءٍ عِلْمًا﴾
“Allahdır yeddi göyü və onlar kimi yeri yaradan. İlahi əmrlər onlar arasında nazil olur ki, Allahın hər şeyə qadir olduğunu, elminin hər şeyi əhatə etdiyini biləsiniz.”
Nöqtələr
◘Yeddi qat göy dedikdə bir neçə məna anlaşıla bilər: yerə oxşayan yeddi planet; yerin soğan qabağını xatırladan qatları; yer üzündəki yeddi iqlim; qədim alimlər yer üzünü yeddi hissəyə, materikə bölürdülər.4 (Qeyd)
◘Bu ayədə göylərin və yerin yaranışı, onlarda baş verən hadisələrin idarəçiliyi haqqında danışılır, ilahi elm və mərifət, tövhidi təkamül insanın nəzərinə çatdırılır.
“Hud” surəsinin 7-ci ayəsində göylərin və yerin yaranış məqsədi olaraq insanın sınağa çəkilməsi qeyd olunur. Həmin surənin 119-cu ayəsində bəşəriyyətin yaranış amili kimi Allahın mərhəməti yada salınır. “Zariyat” surəsinin 56-cı ayəsində qeyd olunur ki, insan Allaha ibadət məqsədi ilə yaradılmışdır. Bütün bu ayələrdən belə bir nəticəyə gəlmək olar ki, varlıq aləminin və insanın yaranış məqsədi elm, əməl, ibadət və ilahi mərhəmətdən faydalanmadır.
Bildirişlər
1. Əmin olun ki, Allah öz vədlərinə əməl edir. Çünki o misilsiz qüdrət sahibidir, varlıq aləmini yaratmışdır.
2. Varlıq aləmində bir növ tarazlıq var.
3. Həm varlığın yaranışı, həm də ona müdiriyyət Allahın əlindədir.
4. Allahın əmrləri bəzən təşrii (şəriət yolu ilə), bəzən təkvini (təbiət yolu ilə) gerçəkləşir.5 (Qeyd)
5. Varlıq aləmi dərs otağı kimidir.
6. Bəşəriyyətin kamilliyi və təkamülü bütün yaranışın mehvəridir.
7. İnsanın varlığa müdiriyyət məsələsindən xəbərdarlığı önəmlidir.
8. Yaradan kəs öz yaratdığına hakim ola bilər.
9. Allah bütün varlıq aləmindən kamil və dəqiq şəkildə xəbərdardır.
“TƏHRİM” SURƏSİ
Dostları ilə paylaş: |