Bildirişlər
1. Peyğəmbərlər Allah tərəfindən tərbiyə olunur.
2. Peyğəmbərin haqqı yoxdur ki, heç bir səbəbsiz Allahın halalını özünə haram etsin.
3. Allahın razılığı başqalarının razılığından mühümdür.
4. Qadının istəkləri ilahi hökmlər və ailə haqlarını ötüb keçirsə ona əməl olunmamalıdır.
5. İnsan üçün problem yaradan işlərdən biri istənilən bir qiymətə ətrafdakıları razı salmaq istəyidir.
6. Böyüklərin məzəmməti mərhəmətlə müşayiət olunmalıdır.
7. Allah həm keçmiş nöqsanları bağışlayır, həm də gələcəyə yol açır.
8. Məzəmmət və tənqid zamanı çıxış yolu da göstərilməlidir.
9. İslamda çıxılmaz vəziyyət yoxdur. (Heç bir hökm, hətta and insanı çıxılmaz vəziyyətə salmır)
10. Biz bəndəyik və mövlamıza tabe olmalıyıq. Onun halalını halal, haramını haram saymalıyıq. Hətta andı pozmaq bahasına ilahi göstərişlərə əməl olunmalıdır.
11. Allahın göstərişləri elm və hikmətə əsaslanır. Allah problemləri həll edir, düyünləri açır.
Ayə 3:
﴿وَإِذْ أَسَرَّ ٱلنَّبِيُّ إِلَى بَعْضِ أَزْوَاجِهِ حَدِيثًا فَلَمَّا نَبَّأَتْ بِهِ وَأَظْهَرَهُ ٱللَّهُ عَلَيْهِ عَرَّفَ بَعْضَهُ وَأَعْرَضَ عَن بَعْضٍ فَلَمَّا نَبَّأَهَا بِهِ قَالَتْ مَنْ أَنبَأَكَ هَذَا قَالَ نَبَّأَنِيَ ٱلْعَلِيمُ ٱلْخَبِيرُ﴾
“Bir vaxt peyğəmbər zövcələrindən birinə gizli söz dedi. Həmin qadın bu sirri (başqasına) xəbər verdiyindən Allah bu işi peyğəmbərə bildirdi. Peyğəmbər (bu bildirişdən) nələrisə deyib, nələrisə saxladı. Qadına xəbər verəndə o dedi: “Sənə bunu kim xəbər verdi?” Peyğəmbər buyurdu: “Bilən və agah Allah xəbər verdi.”
Dostları ilə paylaş: |