Bildirişlər
1. Qadın sirr saxlayan olmalıdır ki, əri ona öz sözünü deyə bilsin.
2. Kişi hər sözü ailə üzvlərinə deməyə borclu deyil.
3. Xətaya yol verənlərin adını açıqlamayın. Onları alçaltmayın.
4. Peyğəmbərin (s) zövcələri məsum deyildilər. Bu səbəbdən də onun sirrini saxlamırdılar.
5. Peyğəmbərin (s) də ailə problemləri olmuşdur.
6. Allah Peyğəmbərə (s) xüsusi lütf etmiş, Peyğəmbərə (s) xəyanət edənlərin xəyanətini aşkarlamışdır.
7. İslam cəmiyyətinin rəhbəri ailə daxilindəki məsələlərdən də xəbərdar olmalıdır.
8. Allah peyğəmbərlərini qeyb yolu ilə xəbərdar edir.
9. İnsanların xətalarını başqalarına yox, onların özünə deyin.
10. İdarəçilikdə bəzən göz yummaq, qəlbigenişlik lazım olur.
11. İnsanın hər xətasını onun üzünə vurmayın.
12. Başqalarının sirrini açan kəs öz sirlərinin də faş olacağını düşünməlidir.
13. Peyğəmbərlərin elm qaynağı Allahın elmidir.
14. Məlumat mənbəsi elm və agahlıq sahibi olmalıdır. Yalnız elm və agahlığa əsaslanan xəbər mötəbərdir.
15. Allahın müəyyən xəyanətləri ifşa etməsi onun daim və hər yerdə iştirakını göstərir. Allahın hər şeydən xəbərdarlığı insanı günahdan çəkindirə.
Ayə 4:
﴿إِن تَتُوبَآ إِلَى ٱللَّهِ فَقَدْ صَغَتْ قُلُوبُكُمَا وَإِن تَظَاهَرَا عَلَيْهِ فَإِنَّ ٱللَّهَ هُوَ مَوْلَاهُ وَجِبْرِيلُ وَصَالِحُ ٱلْمُؤْمِنِينَ وَٱلْمَلَائِكَةُ بَعْدَ ذَلِكَ ظَهِيرٌ﴾
“Əgər siz iki nəfər (sirri açan və onu eşidən) Allah qarşısında tövbə etsəniz (öz xeyrinizədir). Çünki qəlbləriniz azmışdır. Peyğəmbər qarşısında əl-ələ versəniz də (faydası yoxdur). Çünki Allah onun hamisidir. Cəbrəil, saleh möminlər, onlardan əlavə bütün mələklər onu himayə edir.”
Nöqtələr
◘”Səğət” sözü “səğv” sözündən olub yoldan çıxmağa meyl mənasını bildirir. “Əsğa” dedikdə meyllə dinləmək mənası anlaşılır.
◘Şiə və sünni təfsirçilərinin yekdil rəyinə əsasən, bu iki qadın Həfsə və Ayişədir. Birinci Peyğəmbərin (s) sirrini açmış, ikincisi isə dinləmişdir.
◘”Salihul, muminin” təbirinin Əli ibn Əbu-Talibə (ə) işarə olması 52-dən çox şiə və sünnü hədislərində təsdiqlənir. Uyğun rəvayətlərə əsasən, Əli ibn Əbu-Talib (ə) Cəbrail və digər mələklər arasındadır. Peyğəmbər (s) Əlini (ə) bu məqamla müjdələmişdir.1 (Qeyd)
Bildirişlər
1. Bir xəta iş səbəbindən bütün görülən işləri şübhə altına almaq olmaz. (Hamı yox, həmin iki nəfər tövbə etməlidir)
2. Peşiman olanlar üçün tövbə yolu var. Əlbəttə ki, bütün günahlara görə tövbə qılınmalıdır.
3. Sirri dinləmək də qadağandır. Allah həm danışana, həm də dinləyənə tövbə qılmağı əmr edir.
4. Allah həm Peyğəmbərin (s), həm də başqalarının mövlasıdır.
5. Üstünlərin üstünlüyünü qoruyun. Cəbrail özü mələk olsa da, adı ayrıca qeyd edilir.
6. Bəzən kiçik bir hadisə və ya qığılcım böyük əhəmiyyət kəsb edir. Allah bir sirrin açılmasını ciddi fitnə kimi qeyd edir.
7. İnsanın həyat yoldaşı və ya yol yoldaşı olması onun həm fikirliyini göstərmir.
8. Tövbə dedikdə təkcə dildə peşimançılıq yox, qəlbdə inqilab nəzərdə tutulur.
9. Əməldə azmaqdan da pisi ruh və qəlbin azmasıdır. Şübhəsiz, öncə düşüncə və qəlb çaşır, sonra insan günah addım atır.
10. Heç bir səbəb olmadan sirri açanlar tövbə etməsələr müqəssirdirlər.
11. Peyğəmbər və əqidə məktəbinə qarşı fitnələr müqabilində səfərbər olmaq lazımdır.
12. Həqiqət heç vaxt tənha deyil.
13. Salehlik insanı Allaha yaxın mələklərə qovuşdurur.
14. Mələklər çətin məqamlarda peyğəmbərin yardımçısıdırlar.
15. İlahi yardımlar əhatəli, aşkar və qeybidir.
Ayə 5:
Dostları ilə paylaş: |